Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74555
az

Hər kəs bu qadından DANIŞIR - Ona sahib çıxan ailəyə GÖRÜN NƏ ETDİ- FOTOLAR

18:0702 Oktyabr, 2022
355
DÜNYA
  • A

İT işçisi olan 22 yaşlı Sofiya Ukraynadan qaçdıqdan sonra “Ukrayna üçün evlər” kampaniyası çərçivəsində İngiltərəyə sığınıb. 29 yaşlı Tony Garnett və həyat yoldaşı ona evinin qapısını açıb.

Oxu24.com  xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik şirkətinin sahibi olan Toni evinə yerləşən Sofiyaya qısa müddət sonra aşiq olub və o, həyat yoldaşını və iki uşağını tərk edərək ukraynalı qadınla eşq yaşamağa başlayıb.

Hadisə Britaniya və dünya mətbuatında geniş marağa səbəb olub. Cütlüyün səmimi fotoları qəzet manşetlərini bəzəyib, Sofiya sosial mediada “ev yıxan” qaçqın qadın kimi şərhlər almağa başlayıb.

Britaniya mətbuatı cütlüyün 3 gün əvvəl yollarını ayırdığını açıqlayıb. Sofiya “The Sun” qəzetinə verdiyi açıqlamada Toninin onu qovduğunu deyib:

 

“Mən onu həqiqətən sevirdim və həyatımızın qalan hissəsini birlikdə keçirib uşaq sahibi olacağımızı düşünürdüm, amma hər şey dəyişdi. O, məni qovanda bilirdi ki, mənim bu ölkədə nə pulum, nə gedəcək yerim, nə də başqa dostum var”.

Sofiyanın qaçqın vizasının müddəti bir neçə həftəyə başa çatır. Gənc qadın dünən İngiltərə mətbuatına ağlayaraq verdiyi açıqlamada çamadanlarını yığmağa başladığını və müharibənin hələ də davam etdiyi ölkəsinə dönəcəyini bildirib.

Toniyə yenidən zəng etdiyini deyən ukraynalı qadın bildirib ki, kişi onu rədd edib:

“Telefonda onu nə qədər çox sevdiyimi dedim. Mənə bir şans daha versə, birlikdə xoşbəxt ola biləcəyimizi söylədim, amma o, israrla rədd edir”.

Ukraynaya qayıtmaqda israrlı olduğunu bildirən Sofiya sözlərinə belə davam edib:

 

"Gələcəyimin necə olacağını bilmirəm, çünki ölkəm müharibə şəraitindədir və orada vəziyyət daha da pisləşə bilər. Londonda evi olan bir milyonçu mənə evini açmaq istədiyini söylədi, amma bu, heç nə demək deyil. Toni mənim üçün milyonlara dəyərdi”.

Çox keçmədən Toni gənc qadına cavab verib. O, Britaniyanın “Daily Mail” qəzetinə açıqlamasında bildirib:

“Mən qəlbsiz deyiləm. Ona yazığım gəlir. Amma münasibətlər sona çatır. Ümid edirəm ki, bütün bu isteriya sona çatdıqdan sonra dost ola bilərik. Dünən axşam onunla danışdım və dedim ki, bizim yenidən bir araya gəlmə şansımız yoxdur. Ukraynada hər şeyin onun üçün daha yaxşı olacağına inanıram".

Toninin keçmiş həyat yoldaşı Lorna isə heç vaxt onunla barışmayacağını bildirib:

"Toni ilə yenidən görüşməyi planlaşdırmasam da, o, çox yaxşı atadır. O, Sofiya ilə birlikdə olmaq istəmir. Düşünürəm ki, o qadın mənim ailəmi də məhv edəndən sonra Ukraynaya, ailəsinin yanına qayıtsa, yaxşı olar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər