Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74293
az

Ermənistanın 1-ci prezidentindən sensasion açıqlamalar: "Təslim olmasaq, məhv olacağıq"

00:3828 Sentyabr, 2022
146
DÜNYA
  • A

“Ermənistanı çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”.

Musavat.com xəbər verir ki, bu fikri Ermənistanın ictimai televiziyasına müsahibəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”, - Ter-Petrosyan bildirib.

Onun daha sonrakı açıqlamalarını bu cür sıralamaq olar:

...Alternativ yoxdur. Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik. Biz yenidən dövlət qurmalıyıq;

▪️Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla ağrılı qərarların qarşısını almaq olar. Bu, sadəlövhlükdür. Kim gəlsə, daha pis sənədə imza atacaq. Onların Ermənistandan nə istədiklərini anlamaq və daha ağrısız həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atsa da, onu “satqın” adlandıracaqlar. Bu yolla biz də Paşinyana əlimizi uzadırıq, bu müqavilələrin imzalanmasının məsuliyyətini öz üzərimizə götürürük. Mən də öz növbəmdə bu məsuliyyətə hazıram. Digərləri, bilmirəm, görünür, hazır deyildilər, ona görə də təxirə saldılar. Uğur qazanmaq üçün bütün tərəflərdən mütləq səmimiyyət tələb olunur. Bütün ambisiyalardan bir kənara atmaq lazımdır;

▪️Bəli, bu, kapitulyasiyadır. Şərait buna gətirib çıxardı. Heç bir faciə yoxdur, daha güclü dövlətlər bundan keçib;

▪️Əgər bu gün az-çox razılaşmalar əldə etmək mümkündürsə, daxili iğtişaşların davam edəcəyi, hər kəsin özünü Ermənistanın növbəti prezidenti kimi hiss edəcəyi təqdirdə proses daha da çətinləşəcək. Belə vəziyyətdə Türkiyə və Azərbaycanın tələbləri daha da artacaq. Əgər biz daha yarım il də belə davam etsək, ölkəmiz olmayacaq;

▪️ Rusiya ilə münasibətlər daha yaxşı, indikindən xeyli konstruktiv olardı, əgər yeni reallıq olmasaydı. İndi hər şey qarışıb, Rusiya-Ukrayna müharibəsini nəzərdə tuturam. İndi bizim üçün daha təhlükəli vəziyyət yaranıb, o mənada ki, Rusiya Federasiyasının hər zaman bizim üçün bu regionda xüsusi rolu olub və əvvəllər onu həmişə yerinə yetirib;

▪️ "Artsax" məsələsi artıq həll olunub: mən insanların ümidini kəsmək istəmirəm, amma indi Ermənistan "Artsax"da aktyor deyil. "Artsax" məsələsinin həllinin açarı bu müharibədən əvvəl Rusiyanın əlində idi, indi isə onun özünün çoxlu problemləri var. Mümkündür ki, indi bu açar haralardasa İtib. İndi Rusiyadan nə gözləmək olar?

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib
Serbiya Ukraynaya səfir göndərəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər