Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74292
az

İran Azərbaycanı kürəyindən bıçaqlamağa hazırlaşırdı - Paşinyanı naçar qoyan nə olub? - Sensasion FAKTLAR

23:4727 Sentyabr, 2022
143
DÜNYA
  • A

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistana dəstək verməyə hazırlaşan qonşu İranın xəyanətkar roluna dəlalət edən faktlar ortaya çıxmağa başlayır.

İrandakı bəzi qüvvələrin Şimali Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilməməsi, sevincinə şərik olmaması, qələbəsini qısqanclıqla qarşılaması bizə çoxdan bəllidir.

44 günlük Vətən savaşında da Ermənistana gizli dəstək verən İran bu günlərdə ermənilərə açıq şəkildə hərbi-siyasi dəstəyini də gizlətmədi. Durum təəssüfedicidir. Ən azından ona görə ki, bir müsəlman ölkəsi müsəlman qardaşının yanında deyil, Allahın evində donuz saxlayan, yaşayış yerlərini viran qoyan, mədəni abidələri yox edən erməninin yanındadır. Ancaq artıq kimdən nəyi gözlədiyimizi bildiyimiz üçün bu, bizdə təəccüb də doğurmur.

İndi isə yeni faktlar ortaya çıxıb.

Ermənistan mətbuatının yazdığına görə, 44 günlük müharibənin başlaması rəsmi Tehran üçün tamamilə gözlənilməz olub. İran hakimiyyəti Azərbaycan ordusunun qalibiyyətli hücumunu dayandırmaq üçün Ermənistan hakimiyyətinə hər cür köməklik göstərməyə çalışıb. 

Tanınmış erməni politoloq Stepan Danielyan bununla bağlı sensasion açıqlama verib. Onun sözlərinə görə, Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı İranın Ermənistan hökumətinə təkliflərini öyrənsə, şoka düşəcək. Danielyanın sözlərinə görə, Paşinyan İranın təkliflərindən imtina edib.

 

Danielyan əmindir ki, Paşinyan bu təklifləri qəbul etsəydi, müharibənin gedişatını və nəticəsini dəyişə bilərdi.

“Sual yaranır: Paşinyan niyə İrandan imtina etdi?”, - Danielyan soruşur.

Erməni politoloq Paşinyanın bu qərarını Amerika administrasiyası, xüsusən də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton qarşısında üzərinə götürdüyü məsuliyyət və öhdəliklərlə izah edir. Çünki həmin vaxt Tramp administrasiyası Paşinyandan İranla sərhədi bağlamağı tələb etmişdi.

“2018-ci ildə Bolton Ermənistana səfəri zamanı erməni cəmiyyətini stereotiplərdən qurtulmağa və Türkiyə ilə münasibətlərə yenidən baxmağa çağırıb. Yəni amerikalılar üçün bu, vacib idi. Bu, indiki hakim rejimin hakimiyyətə gəlməsi, yəni 2018-ci ildəki hakimiyyət dəyişikliyi üçün əsas şərt idi”, o əlavə edib.

 

S.Danielyanın sözlərinə görə, bu gün İran Azərbaycanın milli təhlükəsizliyini təhdid edir.

Erməni politoloqun nə deməsindən asılı olmayaraq Azərbaycanın siyasəti regionda sabitliyə, yeni qlobal layihələrin reallaşmasına zəmanət verir. Regionda sülhə qarşı çıxanlar, ümumi sabitliyə xətər yetirməyə çalışanlar yalnız özlərinə problem yaradırlar.

Bu gün Vətən müharibəsinin başlamasından, dönüş günündən 2 il keçir. Bu iki il ərzində də düşmənlərimiz boş dayanmayıblar. Təxribat törətməkdən əl çəkməyiblər. Ancaq Azərbaycan diplomatiyası masada, Ordusu meydanda qalxan başları vaxtında əzə bilib. "Dəmir yumruq" hər zaman yerindədir və bundan sonra da belə olacaq. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Türkiyə bu ölkə ilə əlaqələrini kəsdi
Gürcüstan hakimiyyəti ABŞ-dan imtina etdi
Böyük Britaniya oyunçularının demək olar ki, yarısı GTA VI almayacaq

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”