Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73966
az

Ermənistan prezidenti sərt tənqid olundu: Kraliçanın tabutunun yanında...

23:1818 Sentyabr, 2022
156
DÜNYA
  • A

Ermənistan Prezidenti Britaniya Kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib.

OXU24.COM  APA-ya istinadən bildirir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Xəbərdə bildirilib ki, Ermənistan prezidenti hörmətsizlik edərək Kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib. Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək isə dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır.

Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib:

"Həmin zalda yüzlərlə adam var idi - heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı"

Digər bir şəxs isə "The Sun" a bildirib ki, hər kəs qaydalara tam şəkildə əməl etməyə bacarsa da, tək bir şəxs bu qaydanı pozub.

Qeyd edək ki, Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək bütün şəxslərə qəti qadağandır. Yalnızca media mənsubları foto çəkə bilər.

Kraliçanın rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Şoyqu bu vəzifəyə təyin edildi
Putin onu müdafiə naziri postuna təklif etdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi