Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7348
az

Putindən Həbibə İNANILMAZ JEST - İlk dəfə AÇIQLANDI

21:5523 Noyabr, 2018
1038
DÜNYA
  • A
Rusiya prezidenti Vladimir Putinin UFC çempionu Həbib Nurməhəmmədovla görüşünün detalları məlum olub.

Oxu24.com Rusiya KİV-inə istinadən xəbər verir ki, oktyabrın 10-da keçirilən görüşün detalları barədə UFC çempionu haqqında avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov “Sport24”-ə danışıb.

Putin Həbibin atasından irlandiyalı Konor Makqreqorla döyüşdən sonra baş verən qalmaqala görə oğlunu cəzalandırmamağı istəyib.

Zaurun sözlərinə görə, idmançı prezidentlə görüşün gedişatında karyerasını ciddi təhlükə qarşısında qoyan xoşagəlməz hadisədən danışıb. Putin Həbibi dinləyib və onu dəstəkləyərək etiraf edib ki, incikliyini anlayır. Lakin Rusiya prezidenti Həbibdən daha təmkinli olmağı və idmanın etik qaydalarına riayət etməyi xahiş edib.

Qurbanovun sözlərinə görə, Putin Nurməhəmmədova praktik xüsusi telefon nömrəsi verərək praktik dəstəyini nümayiş etdirdi.

“Bu, sənin istənilən vəziyyətdə zəng vura biləcəyin nömrədir”, - Rusiya lideri deyib.

O həmçinin idmançını “başını dik” saxlamağa çağırıb.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ-da UFC 229 turnirində Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında döyüş keçirilib. Rusiyalı idmançı irlandiyalı rəqibini məğlub edərək yüngül çəkidə çempionluq titulunu qoruyub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Millinin qapıçısı Messini boynundan öpdü -FOTO
Rusiya millisinin futbolçusu ABŞ-dan hansısa kluba keçə bilər
Messinin ölməz olmasını istəyirlər: Di Mariyanın da…

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi