Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73291
az

Gəlin toyda pis vəziyyətdə qaldı - İş yoldaşları pərt etdi

12:1327 Avqust, 2022
679
  • A

Çində iş yoldaşları toyuna gəlmədiyi üçün gənc qadın işini tərk edib.

Milli.Az bildirir ki, bu barədə Oddity Central xəbər verir.

Çinli qadın şirkətdə beş il çalışıb və həmkarları ilə yaxşı münasibətdə olduğunu düşünüb. O, toya birlikdə işlədiyi 70 nəfəri dəvət etmək qərarına gəlib və onlara altı süfrə açıb. Ancaq onlardan yalnız biri bayrama gəlib - nəzakətdən imtina edə bilməyən onun şagirdi.

Sosial şəbəkələrdə qadın 70 həmkarının üçdə birinin toyunda olduğunu bildirib. Onun dəvətinə məhəl qoyulmadıqdan sonra o, bütün qonaqların, xüsusən də bəyin ailəsinin qarşısında özünü alçaldılmış hiss edib. O, bütün günü bu barədə düşündüyünü bildirib. Toydan sonra qadın onu bu cür təhqirlərə məruz qoyan insanlarla daha işləyə bilmədiyi üçün işdən çıxıb.

Onun hekayəsi Çin sosial mediasında viral olub. Baş verənlərlə bağlı istifadəçilərin fikirləri ikiyə bölündü: bəziləri gəlinə və onun şirkətdən ayrılmaq qərarına rəğbət bəsləyib, bəziləri isə onun böyük gözləntiləri olduğunu yazıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib
Avstraliya Ukraynaya daha 100 milyon dollarlıq hərbi yardım paketi göndərəcək
İsrail HƏMAS-dan cavab gözləyir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü