Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72377
az

Yusif etirazla qarşılanan konsertdə Anna ilə öpüşdü - VİDEO

14:3926 İyul, 2022
188
DÜNYA
  • A
Ötən gün Rusiyanın Xalq artisti Anna Netrebkonun Almaniyadakı konserti baş tutub.
 
OXU24.COM axşam.az-a istinadən bildirir ki, Regensburqda keçirilən konsertə görə şəhərdə etiraz aksiyası keçirilib. Çıxışdan əvvəl etirazçılar opera müğənnisinin səhnə alacağı qalanın qarşısına toplaşıblar. Onların əllərində "Anna, Ukraynada xeyriyyə konsertinə necə baxırsan?", "Nyu-Yorkda deyil, Ştutqartda deyil, niyə burada?" sözləri yazılmış plakatlar olub. Buna baxmayaraq konsert baş tutub.
 
Opera müğənnisi səhnəyə həyat yoldaşı, Xalq artisti Yusif Eyvazov və yerli simfonik orkestrla birgə çıxıb.
 
Anna özü də hadisəni instaqram hesabında şərh edib:
 
"Etirazlara cavab! Kim dedi ki, hər şey asan olacaq? Olmayacaq. Konsert təbii ki, baş tutdu: qala divarlarının yanında 30 etirazçı var idi. Zalda tamaşaçıların sayı isə 3000. Müqayisə edirsiniz?  Bu əsnada başqa yerdə qol vuracağam. Təşəkkür edirəm, Regensburq".
 
Konsertdəki maraqlı məqamlardan biri isə səhnədə Y.Eyvazovun Anna ilə öpüşərək çıxışlarını sonlandırmaları olub.
 
Qeyd edək ki, Annanın Almaniyanın Ştutqartdakı çıxışı bir müddət əvvəl ləğv olunub.
 
Onu da qeyd edək ki, Annanın Almaniyanın Hamburq, Köln və Frankfurt-Mayn şəhərlərində də konsertləri olacaq.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur reper axtarışa verildi
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər