Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69595
az

Kleopatra haqqında yeni maraqlı faktlar üzə çıxıb

23:3618 May, 2022
565
DÜNYA
  • A

Alimlər Qədim Misirin ən məşhur kraliçası VII Kleopatra haqqında yeni maraqlı faktları üzə çıxarıblar.

OXU24.COM  AZƏRTAC-a istinadən bildirir ki, eramızdan əvvəl 69-30-cu illərdə hökmranlıq etmiş VII Kleopatra səkkiz dildə danışıb və öz sarayında ən təcrübəli təbib olub. Qədim mənbələrdə, habelə sonralar yazılan roman və lentə alınan filmlərdə imperator Yuli Sezar və sərkərdə Mark Antoni ilə məhəbbət macəraları ilə hakimiyyəti ələ keçirdiyi irəli sürülən kraliçanın, əslində, yüksək təhsilli və müdrik qadın olduğu bildirilir.

Kraliça Kleopatra İsgəndəriyyədəki məşhur kitabxanada Ellin təhsil sisteminin ən yaxşı müəllimlərindən dərs alıb. O, coğrafiya, tarix, astronomiya, fəlsəfə, beynəlxalq diplomatiya, təbabət elmlərinə yiyələnib, eyni zamanda, öz sülaləsində (Ptolemeylər) qədim Misir dilini bilən və heroqlifləri oxumağı bacaran yeganə hökmdar olub. Kleopatra, həmçinin fars, ivrit, yunan, medes, qədim Suriya, həbəş və ərəb dillərində də danışıb. Vaxtının çoxunu İsgəndəriyyə kitabxanasındakı laboratoriyada keçirən kraliça botanika və kosmetika sahələrində tədqiqatlar da aparıb. Təəssüf ki, onun yazdığı kitablar 391-ci ildə yanan İsgəndəriyyə kitabxanasında məhv olub. Məşhur yunan təbibi Klaudius Qalenus Kleopatranın kəşf etdiyi saçları bərpa edən kremin formulunu köçürüb.

Kleopatranın ölümündən sonra Misirin Roma imperiyası ilə siyasi əlaqələri kəsilib və ikinci Ellin dövlətinin varlığına son qoyulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaxarova Britaniyanın rus diplomatlarına qarşı mövqeyinə belə reaksiya verdi
Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub