Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6947
az

Daha bir nazir oğlunun Londonda gizli villası və şirkəti üzə çıxdı (FOTOLAR)

13:3911 Noyabr, 2018
993
DÜNYA
  • A
 Daha bir araşdırma və Azərbaycanın talanan sərvətlərinin izi ilə Londonda daha bir ünvan: Birləşmiş Krallıq, London, City Road 160, Kemp House.

Oxu24.com yenicag.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində yazıb.

Araşdırmalara görə, bu ünvan keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova aiddir. Keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkət də bu ünvanda yerləşir.
 
Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən kəsdiyi yeyintiləri Britaniyada eyni sahəyə yatırım edib. Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.
 
Bu Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. Görünür bu sahədə bəxti gətirməyib.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Latviya Parlamentinin sədri Azərbaycana gəldi
Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO