Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68834
az

“UKRAYNA DNESTRYANINI ƏLƏ KEÇİRƏ BİLƏR” – Ukrayna Moldovadan rəsmi müraciət gözləyir

16:0827 Aprel, 2022
440
DÜNYA
  • A

“Ukrayna Dnestryanını ələ keçirə bilər, lakin bir şərtlə ki, Moldova tərəfi rəsmən müraciət etsin”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç son müsahibəsində bildirib.

Prezident Ofisinin sözçüsü son günlər rus separatçılarının nəzarətində olan Dnestryanı ərazisindəki təxribatların və Rusiya hərbi rəhbərliyi, eləcə də Duma üzvləri səviyyəsində səsləndirilən təhdidlərin Moldova üçün təhlükəli siqnal olduğunu bildirib: “Moldovanın çox böyük problemləri ola bilər. Fikrimcə, bu vəziyyətdə Moldovanın edəcəyi ən yaxşı şey Ukraynaya və Rumıniyaya müraciət etməkdir”.

“Ukrayna Dnestryanını ələ keçirməyi bacararmı” sualına Arestoviç müsbət cavab verib. Lakin bir daha qeyd edib ki, bunun üçün Kişinyovun rəsmi müraciəti olmalıdır: “Bu, Moldovanın suveren ərazisidir, biz hətta bununla bağlı hansısa bəyanat verməyi belə doğru saymırıq. Yalnız Moldovanın rəsmi müraciətindən sonra”. 

 

 

 

 

 

 

 

 

 

Xatırladaq ki, aprelin 25-də işğal altındakı Dnestryanının paytaxtında bir neçə partlayış törədilib. Moldova və Ukraynada bu təxribatın Rusiya tərəfindən törədildiyi qənaətindədirlər. Belə ki, Rusiya hərbi rəhbərliyi açıq şəkildə Ukraynanın cənubunun işğalından sonra əsas məqsədin Dnestryanıya quru yolu açmaq olduğunu bəyan edib. Onu da qeyd edək ki, Moldova ilə Rumıniya milli kökləri və dil baxımından yaxın dövlətlərdir. Rumıniya isə NATO üzvüdür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər