Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68511
az

Amerikalı senator Ukraynaya qoşun göndərməyi tələb edib

18:1318 Aprel, 2022
229
DÜNYA
  • A

ABŞ hakimiyyəti Ukraynanın “ikinci Suriyaya” çevrilməsinin qarşısını almaq üçün öz qoşunlarını Ukraynaya göndərməlidir. Bu tələblə Delaver ştatından senator Kristofer Kuns CBS telekanalının efirində çıxış edib.

Siyasətçi Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətinə hörmətlə yanaşdığını, lakin dövlət başçısının və onun xarici siyasət üzrə müşavirlərinin ABŞ hərbçilərini Ukraynaya göndərmək istəməməsi ilə razılaşmadığını bildirib. Kunsun fikrincə, Bayden və onun administrasiyası Moskvaya qarşı sərt sanksiyaların tətbiqi və əvvəllər kənarda durmağı üstün tutan ölkələrin bu məsələyə cəlb edilməsi istiqamətində çox işlər görüb, lakin indi kritik məqam gəlib çatıb.

“Mən çox qorxuram ki, biz gələcəkdə Ukraynanın necə Suriyaya çevriləcəyini görəcəyik. [Rusiya Prezidenti Vladimir] Putin yalnız biz onu dayandırdığımız zaman dayanacaq”, - deyə siyasətçi qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahunun kortejinə hücum cəhdi edildi
ABŞ-da yeni
Bəy gəlini