Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67882
az

“Ukraynaya təcili hərbi yardım lazımdır” - Stoltenberq

22:0706 Aprel, 2022
224
DÜNYA
  • A

“Ukraynaya təcili hərbi yardım lazımdır”.

Bunu jurnalistlərə açıqlamasında NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, xarici işlər nazirlərinin bugünkü iclasında Buçada mülki şəxslərə qarşı hücumları müzakirə edəcəklər:

“Baş verənlər prezident Putinin davam etdirdiyi müharibənin mahiyyətini göstərir. Mülki vətəndaşları hədəf almaq hərbi cinayətdir”. 

NATO üzvü ölkələrlə Ukraynadakı son vəziyyəti müşahidə edəcəklərini bildirən Stoltenberq, mülki insanları hədəf alanların cəzalandırılması üçün lazımi addımların atılacağını vurğulayıb.

Ukrayna-Rusiya müharibəsində kritik həddin girildiyini vurğulayan Stoltenberq, "Rusiya indi qoşunlarını gücləndirmək və daha da şərqə doğru irəliləmək üçün qoşunlarını Ukraynanın şimalına göndərir. Böyük quru əməliyyatı gözləyirik" deyib. 

“Ukraynanın təcili hərbi yardıma ehtiyacı var. Ona görə də NATO müttəfiqlərinin Ukraynaya həm ağır, həm də yüngül döyüş sursatı dəstəyinin artırılmasının zəruriliyi ilə razılaşması vacibdir. Biz Ukrayna ordusunun Rusiya qoşunlarına vurduğu itkiləri fotoşəkillərdən görə bilərik. Ona görə də təcili sursat dəstəyinə ehtiyac var və biz müttəfiqlərdən Ukraynaya müxtəlif silah sistemləri ilə bundan sonra da dəstək verəcəklərini gözləyirik”, - deyə Stoltenberq vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail hərbçilərinə arı hücumu: 10 nəfər yaralandı
Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO