Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67525
az

Delyaqin Azərbaycandan üzr istədi

18:5929 Mart, 2022
303
DÜNYA
  • A

Azərbaycanın neft sənayesinə zərbə endirməyə çağırış edən Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin sözlərinə görə üzr istəyib.

OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, rusiyalı deputat "Qovorit Moskva" radiostansiyasının efirində bildirib ki, o, düzgün anlaşılmayıb.

Delyaqin bildirib ki, verilişin formatına uyğun olaraq belə bir davranış sərgiləyib.

"Mənim sözlərimdən qorxan, inciyən və yaxud təhqir olunan hər kəsdən üzr istəyirəm", - deyə Delyaqin söyləyib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin "Rossiya 1" telekanalında yayımlanan "60 dəqiqə" verilişində Azərbaycanı "proksi dövlət" adlandırıb.

Bununla yanaşı, proqram zamanı Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibədən danışılarkən Qarabağdakı son vəziyyətə də toxunub:

"Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və "Türkiyənin proksisi", hansı ki, biz dövlət adlandırırıq (Azərbaycanı nəzərdə tutur - red.) bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq... Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır".

Bundan əlavə, o, öz rəsmi teleqram kanalında Azərbaycanla bağlı sorğu yerləşdirərək izləyicilərdən Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını düzgün hesab edib-etmədiklərini soruşub.

Cavablar arasında "Bəli, lazımdır" 28%, "Bəli, lakin Azərbaycan mafiyasının Rusiya hakimiyyətinə təsiri səbəbindən bu, mümkün deyil" 13%, "Xeyr, bu yolverilməzdir" isə 59% səs toplayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə etirazçılar parlament binası qarşısında - VİDEO
Rusiyada universitet karantinə bağlandı
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı