Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67470
az

“Buta Airways” Bakı ilə Batumi arasında uçuşlara başlayır

18:5028 Mart, 2022
323
DÜNYA
  • A

İyun ayından etibarən "Buta Airways" aviaşirkəti yay cədvəli çərçivəsində Bakı-Batumi marşrutu üzrə və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviaşirkətin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu il iyunun 1-dən etibarən aviaşirkət Bakı-Batumi-Bakı marşrutu üzrə həftədə iki dəfə: cümə və bazar günləri uçuşlar həyata keçirəcək.

Batumi şəhərinə uçuş aviaşirkətin Tbilisidən sonra Gürcüstana ikinci bərpa olunmuş beynəlxalq istiqamətidir.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Gürcüstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Gürcüstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: //www.butaairways.az/az/covid/georgia.

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: //www.butaairways.az/az/covid/clinics.

Gürcüstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şoyqu bu vəzifəyə təyin edildi
Putin onu müdafiə naziri postuna təklif etdi
İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman...

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı