Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67370
az

Ukraynanın Müdafiə Nazirliyi  şok açıqlama yaydı:Rusların cəmi üç əsgəri sağ qaldı,onun da ikisi…

00:5826 Mart, 2022
1164
DÜNYA
  • A

"Ukraynanın Baş Qərargahı, Müdafiə Nazirliyi və kəşfiyyatı bir çox bölgələrdə müdafiəyə keçən rus qoşunlarının son dərəcə aşağı əhval-ruhiyyəsə olduğunu qeyd edir. Çünki bir çox hərbçilər sadəcə olaraq Ukraynaya getməkdən imtina edirlər”.

Redaktor.az xəbər verir ki, bu barədə brifinqdə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç bildirib.

O izah edib ki, bunun səbəbləri, xüsusən də burada rus hərbçilərinin verdiyi böyük itkilər, onlar haqqında məlumatlar Rusiyaya çatıb.

Belə ki, Aretoviçin sözlərinə görə, rusların 200-cü motoatıcı briqadasının batalyon-taktiki qrupu Ukraynada xeyli itki verib.

"Döyüşə göndərilən 648 hərbçidən 645-i həlak olub. Cəmi üç nəfər qalıb, onlardan ikisi yaralanıb".

Prezident Ofisi rəhbərinin müşaviri bildirib ki, Novorossiyskdən olan 7-ci hava desant-hücum diviziyasının şəxsi heyətinin Ukraynaya qarşı müharibədə iştirakdan imtina etdiyinə görə iki ilə qədər həbs cəzası ilə qorxudulmasına baxmayaraq, tərkibin təxminən 50 faizini əlavə edə biliblər. Diviziyanın alaylarından birinin döyüş əməliyyatlarında iştirakdan imtina etdikləri barədə hesabat yazılıb.

"Biz Milli Qvardiya bölməsinin şəxsi heyətinin və Rusiya polisinin bura getməkdən imtina etməsindən də xəbərdarıq. Rusiya hakimiyyəti tərəfindən Rostov-na-Donuda Ukrayna xalqını öldürmək üçün getməkdən boyun qaçıran 12 belə şəxs hazırda təqib olunur", – Aretoviç bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı