Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6731
az

Peterburqda azərbaycanlı milyarderə “heykəl” qoydular - FOTO

18:5404 Noyabr, 2018
665
DÜNYA
  • A
Ötən gün noyabrın 3-də Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri azərbaycanlı milyarder, diaspor lideri Vaqif Məmişovun şirkəti tərəfindən tikilməkdə olan ticarət mərkəzinin qarşısına onun "heykəlini" qoyublar.

Oxu24.com Peterburq saytlarına istinadən xəbər verir ki, fəallar bununla 30-cu illərə qədər qəbiristanlıq olan və müharibə dövründə blokada qurbanlarının dəfn edildiyi ərazidə ticarət mərkəzinin tikilməsinə etirazlarını bildiriblər.

Məmişovun şirkəti həmin ticarət mərkəzini "Sputnik" kinoteatrının yerində inşa edir, tikinti sahəsinin bir hissəsi qəbiristanlıq ərazisinə düşür və bir neçə ildir şəhər sakinləri biznesmenin bu layihəsinə qarşı çıxırlar.

Nəhayət, şəhər sakinləri Nevsk rayon administrasiyasına kollektiv məktub yazaraq heç olmasa qəbiristanlıq ərazisində xatirə  abidəsinin qoyulmasını xahiş ediblər. Amma onların müraciətinə müsbət cavab verilməyib. Onlar deyirlər ki, ərazidə ticarət-əyləncə mərkəzi ilə yanaşı ən uzağı blokada qurbanlarının və müharibədə həlak olan hərbçilərin xatirəsinə "xatirə nişanı" qoyulacaq. Nəticədə fəallar özləri ərazidə "heykəl" qoymaq qərarına gəliblər.

"Antikorrupsiya nişanı" adlı bu "heykəli" blokada qurbanlarının və döyüşçülərin nəvə-nəticələri hazırlayıblar. "Heykəlin" üz tərəfində "Vaqif Məmişovdan şəhərə hədiyyə" sözləri yazılmış lövhə asılıb. "Heykəlin" əlində isə kərpic var. Bu, tikilməkdə olan ticarət-əyləncə mərkəzinin simvoludur. Müəlliflər "heykəlin" əlindən 30 gümüş pul qoyulmuş kisə asıblar. Onların fikrincə bu şəhər məmurlarının nəinki "atalarının qəbrini", eləcə də öz ruhlarını satmağa hazır olduğu rüşvətin məbləğini göstərir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA