Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
BÜTÜN XƏBƏRLƏR
67281
az

MÜHARİBƏ ZAMANI TOY: "Putin kimdir ki, bizim planlarımızı pozsun?!"

18:1723 Mart, 2022
262
DÜNYA
  • A
Müharibə zamanı Ukraynada minlərlə yeni nikah qeydə alınıb. Niyə bir çox cütlük bu vacib addımı indi atmağa qərar verir və müharibə şəraitində toy necə keçir?
 
Moderator.az Almaniyanln “Deutsche Welle” (DW) nəşrinə istinadla bir neçə həyat hekayəsini təqdim edir.
 
 
"Müharibədən əvvəl biz martın ortalarına toy planlaşdırmışdıq. Və belə də oldu. Putin kimdir ki, bizim planlarımızı pozsun? Biz birlikdə çox şey yaşamışıq və qərara gəlmişik ki, bir ailə olmaq istəyirik", - deyə Kastus Kalinovski adına Belarus batalyonunun könüllüləri Aleksey və Veronika bildiriblər. Onlar martın 13-də Kiyevdə toy ediblər.
 
"Çoxlu şirniyyat və döşək hədiyyə etdilər"
 
Aleksey proqramçı, Veronika isə vətəndaş fəalıdır. İl yarım əvvəl tanış olublar. Keçən yaz birlikdə olmaq qərarına gəliblər. Belarusda QHT-ləri darmadağın etməyə başlayandan sonra Veronika Tbilisiyə mühacirət etməyə məcbur olub, Aleksey də onun ardınca gedib. Müharibədən ay yarım əvvəl cütlük Lvova köçüb. Fevralın 24-də belaruslar birlikdə Kiyevə gedib könüllü döyüşməyə qərar veriblər.

Aleksey və Veronikanın nikahı

"Bizim hekayəmizdə iki romantik evlilik təklifi olub: birinci təklifi payızda Gürcüstanda Veronika etdi, ikinci təklifi isə Lvovdan Kiyevə gedərkən mən Veronikaya etdim. Üzük əvəzinə brelokdan istifadə etmişik", - deyə Aleksey söyləyib.

Kastus Kalinovski adına batalyonda onların evlənmək istəyini dəstəkləyiblər və toyun təşkili edilməsində kömək ediblər. Məsələyə məsuliyyətlə yanaşılıb: Aleksey və Veronikanın toyu ərəfəsində hətta onların niyyətlərinin ciddiliyinə əmin olan keşişlə görüş də təşkil ediblər. Ayin özü yunan-katolik kilsəsinin kapellanı tərəfindən icra olunub. Kilsədəki mərasimdən sonra döyüş yoldaçları yeni evlənənlər üçün kiçik bir spirtsiz içkili furşet təşkil ediblər, amma buna baxmayaraq tədbir çox əyləncəli keçib.

"Hamı bizi təbrik edirdi, bizə çoxlu şirniyyat və döşək verdilər, amma döşək bu günə qədər bizə lazımlı olmayıb - biz müxtəlif yerlərdə yaşayırıq. Amma eybi yox", - deyə Veronika danışıb. Yeni evlənənlər etiraf ediblər ki, onlar üçün planlar qurmaq çətindir, çünki, müharibənin nə qədər davam edəcəyi və onların haralarda ola biləcəkləri məlum deyil. Buna baxmayaraq, Veronika arzulayır ki, yayda Alekseylə bal ayını Odessada keçirsinlər.

"Hər mühazirədə bir-birimizin baxışlarını tuturduq"

Martın 14-də Dneprdə polis əməkdaşları Boqdan Brusenko və Anjelika Krasilnikovanın nikahı olub. "Biz 2019-cu ildə Dnepropetrovsk Dövlət Daxili İşlər Universitetinin hüquq-mühafizə fakültəsində oxuyarkən tanış olmuşuq. Biz qiyabi təhsil alırdıq, nadir hallarda bir-birimizi görürdük, amma hər mühazirədə bir-birimizin baxışlarını tuturduq. 2020-ci ilin yayından birlikdəyik”, - deyə Anjelika söyləyib.

Boqdan və Anjelikanın nikahı Patrul Polis İdarəsinin rəisi tərəfindən qeydə alınıb

Qızın dediyinə görə, gələcək əri 2021-ci il yanvarın 1-nə keçən gecə ona evlilik təklifi edib. Anjelika xidmətdə olub və Boqdan hər şeyi əvvəlcədən təşkil edərək 101 ədəd qızılgül alaraq onun yanına gəlib. Cütlük 2022-ci ilin may ayında evlənməyi planlaşdırırmış. Anjelikanın dediyinə görə, ailəsi və dostları ilə brlikdə adi bir toy etmək istəyirdilər, lakin indiki vəziyyətdə münasibətləri mümkün qədər tez qanuniləşdirməyə qərar verdilər.

Onların nikahı Patrul Polis İdarəsinin rəisi Yevgeni Jukov tərəfindən qeydə alınıb, sənəd isə cütlüyün rəisləri təntənəli şəkildə yeni evlənənlərə təhvil veriblər. Mərasimdə yalnız həmkarları iştirak etsələr də, Anjelika əmindir ki, bu, lap onların həyat tərzlərinə uyğun gələn ən yaxşı toydur.

"Mən deyə bilmərəm ki, toydan sonra nəsə köklü şəkildə dəyişib, bizi daha çox müharibə dəyişib. Biz əlimizdə olanı, qohumlarımızı və bir-birimizi dəyərləndirməyə başlamışıq. Məsuliyyətimiz artıb. Ən vacibi duruş gətirməkdir. Ən böyük arzum əzizlərimi qucaqlamaqdır. Müharibədən sonra ilk işimiz bu olacaq. Əsas ailədir”, - deyə qız fikirlərini bölüşüb.

“Məni nikah masasına batalyon komandirinin müavini apardı”

"Bizim evliliyimiz bir növ amulet oldu. İnanıram ki, o, məni, ərimi, ailəmi düşmənlərdən, ölümdən və yaralanmaqdan qoruyacaq", - deyə Lesya Filimonova bildirib. Martın 6-da Kiyev yaxınlığındakı sərhədlərdən birində onun Valeri Filimonovla toyu baş tutub. Valeri və Lesya iyirmi ildən artıqdır ki, birlikdədirlər, lakin münasibətlərini rəsmi olaraq yalnız indi qeydə alıblar: əvvəlcə birlikdə işləyirdilər və bəzi şirkətlərdə həmkarlar arasında nikah heç də birmənalı qarşılanmır. Daha sonra isə müxtəlif səbəblərdən toy hər dəfə təxirə salınırdı.

 

 

Valeri və Lesya. Ön cəbhədə toy

Lesya ixtisasca maliyyəçidir, lakin son vaxtlarda Kiyevdə Milli skaut təşkilatında işləyib, Valeri isə İT şirkətinin icraçı direktorudur. Müharibənin başlamasına on saat qalmış hər ikisi ərazi müdafiə qüvvələri ilə müqavilə bağlayıblar. Valeri və Lesya eyni bölmədə xidmət edirlər, lakin fərqli yerlərdədirlər, bir-birlərini nadir hallarda görürlər, ünsiyyət əsasən messencerlər vasitəsilə olur.

"Bir dəfə çox ağır gün oldu. Həqiqətən də qorxulu idi. Mən ərimə yazdım ki, bəlkə indi evlənmək vaxtıdır, çünki sabah nə olacağını heç kim bilmir. Bundan əlavə, qızımız da bizim nikahımızın qeydə alınmasını çox istəyirdi. Valeri mənə dedi ki, o da eyni şey haqqında düşünürmüş", - deyə Lesya bildirib.

O, döyüş yoldaşlarının onların ömür boyu xatırlayacaqları bir toy təşkil edəcəklərini gözləmirmiş. "Təhlükəsizlik baxımından son ana qədər mərasimin dəqiq vaxtını və yerini bilmirdim. Gələndə jurnalistlərin izdihamı məni təəccübləndirdi, Vitali və Vladimir Kliçko qardaşları da orada idi. Bu mənim üçün böyük sürpriz oldu. Batalyon komandirinin müavini məni nikah masasına aparanda kənarlarda silahlı və kamuflyaj geyinmiş, üzləri örtülü döyüş yoldaşlarım dayanmışdı və onlar ayaqlarımızın altına qızılgül ləçəkləri səpəndə çox təsirləndim. Az qala ağlayacaqdım. Mərasimdən sonra isə drondan səpilən qızılgül ləçəkləri qar yağışı kimi yerə tökülürdü”, - deyə Lesya xatırlayır.

Müharibədən sonra Valeri və Lesya qızları ilə istirahətə getməyi və evlərini tikib başa çatdırmağı planlaşdırırlar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Moskvada zavod yanır - VİDEO
Netanyahunun kortejinə hücum cəhdi edildi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil