Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67267
az

Ukraynada müharibə dünyada ərzaq qıtlığı yaradır - FOTO

00:4023 Mart, 2022
263
  • A

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanı işğalından sonra ərzağın bahalanmasını kompensasiya etmək üçün kasıb ailələrə xüsusi talonlar verməyi nəzərdən keçirir.

Təkrar seçilmək üçün kampaniya aparan Makron martın 22-də "France Bleu" radiosuna deyib ki, dünyada əsas kənd təsərrüfatı istehsalçılarından olan iki ölkənin müharibəsi qlobal ərzaq böhranına səbəb olacaq.

"The Financial Times" qəzeti isə Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinin ərəb ölkələrində yaratdığı ərzaq qıtlığından yazır.

 

Livanda universitetdə dərs deyən Fadiya Hamiyə onsuz da çətinliklə dolanırdı, müharibədən dolayı həyatı daha da ağırlaşıb. Belə ki, martın əvvəlindən mağazalarda un qəhətə çıxıb, çörək 70 faiz bahalanıb. "Supermarketlər əsas malları yığırlar, sonra da baha qiymətə satırlar", - Hamiyə deyir.

Qəzet Livanın Ukrayna müharibəsindən öncə də maliyyə çətinliyi içində olduğunu qeyd edir, 2019-cu ildən milli valyuta 90 faizdən çox dəyər itirib. Ölkəyə idxal edilən buğdanın 70 faizindən çoxu Ukraynadan gəldiyindən qıtlıq istehlakçılara böyük zərbə vurub.

"Financial Times" Ukrayna və Rusiyadan gələn buğda və bitki yağının ərəb dünyasında vacib məhsullar olduğunu qeyd edir. Rusiya fevralın 24-də Ukraynaya səbəbsiz müharibə başlayanda rekord həddə bahalanan buğdanın qiyməti indi nisbətən düşüb. Amma yenə də hər iki ölkədən ixracla bağlı qeyri-müəyyənlik buğdanın bir il öncəylə müqayisədə 30 faizdən çox baha olması deməkdir.

BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu artıq Yaxın Şərqdə və şimali Afrikada ərzağın bahalanmasının və məhsul qıtlığının hiss olunduğunu bildirir. Qurumun prezidenti Gilbert Hunqbo bunun aclıq və səfaləti gücləndirəcəyini söyləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə etirazçılar parlament binası qarşısında - VİDEO
Rusiyada universitet karantinə bağlandı
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı