Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67125
az

Ukraynalı general: \"Rusiya Kiyevdən 70 km geri sıxışdırılıb\"

01:3019 Mart, 2022
285
  • A

Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərini Kiyevdən Dnepr sahillərinə doğru 70 km-dək geri sıxışdırıblar. Bu barədə Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığı qərargahının rəis müavini, briqada generalı Oleksandr Qruzeviç məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Kiyevi ələ keçirməkdə iki başlıca hədəfi var: “Onlar bir zərbə ilə ölkəni başsız qoyub sonra şərtlərini diktə etmək istəyirdi. Ancaq onların bu planı uğursuzluğa düçar oldu. İşğalçıların planlaşdırdığı kimi, Kiyev üç gündə təslim olmadı.

Biz onların planını tamamilə pozduq. Bu gün düşmən 70 km-dək geri sıxışdırılıb. Bununla da şəhərin xarici müdafiə dairəsi 70 km-dək genişlənib. Sol sahil üzrə də irəliləyiş var. Odur ki, sakit ola bilərsiniz. Ancaq düşmən ikinci taktikaya əl atıb. O, infrastrukturumuzu həyasızcasına atəşə tutur. İki müdafiə həlqəsi yaranıb. Düşmən dayandırılıb və uğur qazana bilmir. Onlar Brovarsk və Borispol istiqamətlərində fəal hücumdan imtina ediblər”. (UNİAN)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əbu-Dabi Moskva ilə əlaqələrə görə təzyiq altındadır
Kolumbiya mayın 2-də İsraillə əlaqələri kəsəcək
Moldova müxalifət partiyasının üzvü Kişinyov hava limanında üç saat saxlanılıb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ