Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67093
az

Rusiya terrorçuları Ukraynaya göndərdi

15:5018 Mart, 2022
229
DÜNYA
  • A

Rusiya Ukraynadakı müharibəyə Suriyanın bir hissəsinə nəzarət edən Bəşşar Əsədin və Livanın “Hizbullah” qruplaşmasının muzdlularını cəlb edir.

oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin komandanlığı şəxsi heyətin itkilərinin əcnəbilər hesabına ödənilməsi üçün tədbirlər görməyə davam edir. Yeni məlumata görə, Rusiya işğalçıları artıq Bəşşar Əsəd və “Hizbullah”ın qondarma ordusunun nümayəndələrindən 1000-ə yaxın muzdlu toplayıb.

Xarici döyüşçülər üçün əsas tələb şəhərdə döyüş təcrübəsidir. Eyni zamanda, mövcud məlumata görə, sözügedən yaraqlılar Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək deyil, ezamiyyətlərindən Avropa ölkələrinə getmək fürsəti kimi istifadə etmək məqsədi güdürlər”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Kiyevin müdafiəsinə hazırlaşmağa başladı
İsrailin müdafiə naziri analoqu olmayan silahın yaradılmasına göstəriş verib
İsrail ordusunun Qəzzada 2 evə hücumu nəticəsində ölən və yaralananlar olub

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı