Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67075
az

“İnsan qəbirstanlığında 20 pişik basdırmışam, imkanım olsaydı pişiklərimə dəfn yeri götürərdim”

01:0718 Mart, 2022
344
DÜNYA
  • A

“Bəzi insanlar mənə sual verirlər ki, niyə evində bu qədər pişik saxlayırsan? Mən bilmirəm ki, həmin insanlara nə cavab verim. Çünki onların heç biri məni başa düşə bilməz. Heyvanlar insanlardan daha vəfalıdır və onlar hər bir diqqətə layiqdirlər. Çox təəssüf ki, bizim cəmiyyətdə heyvanlara qarşı münasibət birmənalı deyil. Hələ də onlar zorakılığa məruz qalırlar. Dünən xəbər saytlarında bir insanın Masya adlı pişiyinə baş daşı qoyub, onu insan qəbirstanlığında basdırması haqda məlumat oxudum. Burada pis nə var ki? Mən o pişiyin sahibini çox yaxşı başa düşürəm, buna normal baxıram. İndiyə qədər bəlkə də insan qəbirstanlığında 20-yə yaxın pişik basdırmışam. Onların yerini tək özüm bilirəm. Kimsə bilsə mənə mane ola bilər. Hətta küçədə pişik və yaxud it cəsədi tapanda onu da aparıb torpağa basdırıram. Onsuz da hamımız torpağa qarışıb gedəcəyik, heyvanlar da, biz də. Onları da basdırmaq lazımdır. Heyvanın cəsədinin zibilliyə atılmasının  əleyhinəyəm. Çox istərdim ki, bizdə heyvan qəbirstanlığı olsun. Pişiklər də İslam dininə yaxın heyvanlardır. Getdiyim qəbirstanlıqlarda dəfələrlə şahidi olmuşam ki, pişik basdırırlar. Sahibi vəsiyyət edib ki, pişiyini də onunla birlikdə dəfn etsinlər. Hər zaman düşünmüşəm ki, maddi imkanın olsaydı sağ ikən özümə və ətrafımda da pişiklərimə dəfn yeri götürərdim. Mən də vəsiyyət edəcəm ki, pişiklərimi yanımda dəfn edin. İnsanlarla yanaşı dəfn olunmaqdansa elə heyvanlarla birlikdə dəfn olunardım. Çünki heyvanlardan insanlara zərər gəlməz” deyə Hicran Məmmədova bildirib.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə pişiyə baş daşı qoyulan fotolar gündəmə səbəb olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi