Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66998
az

Rusiyaya BÖYÜK ŞOK - Sabah DEFOLT ELAN OLUNA BİLƏR

21:4415 Mart, 2022
6649
DÜNYA
  • A

"Bloomberg" agentliyi Rusiyanın martın 16-da defoltla (Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilinməməsi – red.)üzləşə biləcəyini proqnozlaşdırır.

Oxu24.com  xəbər verir ki, Rusiyanın ümumi ödənilməmiş dövlət və korporativ borcu 150 milyard dollara çatır.

Rusiyanın bu il defolt etmə ehtimalı təxminən 70% qiymətləndirilir. Bu rəqəmə bilavasitə Rusiyanın Ukraynaya müdaxiləsi təsir edib.

Hökumətin 117 milyon dollarlıq dollar istiqrazları üçün faiz ödəyəcəyi gözlənilir.

Nəşr hadisələrin sonrakı inkişafı ilə bağlı üç ssenari təqdim edib:

Birinci ssenari Rusiyanın borcunu dollarla ödəyəcəyini nəzərdə tutur, yəni defolt növbəti kuponların ödənilməsi vaxtı gələndə ən azı aprelin 4-nə qədər təxirə salınır.

İkinci ssenaridə Rusiyanın rublla ödəniş etməsi nəzərdə tutulur. Nəşrin yazdığına görə, bəzi müqavilələr belə bir ödənişə icazə verir, amma hamısı deyil. Xüsusilə, çərşənbə günü ödəniş yalnız valyuta ilə edilmiş hesab ediləcək, əks halda defolt deməkdir.

Üçüncüsü, Rusiya ümumiyyətlə pul ödəmir. Çərşənbə günü defolt, 30 günlük güzəşt müddətini işə salacaq və bundan sonra defolt davam edəcək.

Qeyd edildiyi kimi, Rusiya sonuncu dəfə 1998-ci ildə defolt edib. O, sürətli inflyasiya, rublun devalvasiyası və beynəlxalq bazarlarda maliyyə izolyasiyası spiralını başladıb.

Hansı rayonlar ləğv olunacaq, hansılar birləşdiriləcək? - VİDEO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayəti üzərində Ukraynaya məxsus raket məhv edilib
Şolz Rəfahda tammiqyaslı quru əməliyyatından danışıb
Rusiya və Şimali Koreya SSRİ-dən sonra ilk dəfə turist mübadiləsi aparıblar

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO