Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66827
az

Avropa İttifaqı xəbərdarlıq etdi: “Rusiya iqtisadiyyatına zərər vuracağıq”

11:5513 Mart, 2022
328
DÜNYA
  • A

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətə hərbi yolla müdaxilə etməyəcək, amma Rusiya iqtisadiyyatına ziyan vuracaq.

Oxu24.com “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel deyib.

"Əlbəttə, biz vəziyyətə hərbi müdaxilə etməyəcəyik. Biz müharibənin genişlənməsini istəmirik, lakin onlara (Kiyevə - red.) dəstək olmalıyıq. Biz onların iqtisadiyyatına (Rusya - red.) ziyan vurmalıyıq ki, müharibəyə davam etməsinlər”, - Avropa diplomatiyasının rəhbəri bildirib.

Onun sözlərinə görə, hamı çətin tarazlığı tapmağa çalışır.

“Biz Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid etməli, Ukraynanı dəstəkləməliyik”, - deyə Borel Rusiya təhlükəsini vurğulayıb.

“Putin Ukraynanı məhv etməyə çalışır. Bu, mülki əhalinin ölümünə səbəb olur, xəstəxanaları bombalayır. Bu, Putinin mübarizə üsuludur. Hələbi xatırlayın, Qroznını xatırlayın. Qalib gələ bilməz. İki həftəlik müharibəyə baxmayaraq, Rusiya ordusu Ukrayna xalqının müqavimətini qıra bilməz”, - Jozef Borel vurğulayıb.

Rusiya Ukraynaya qarşı müharibəni fevralın 24-də başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorod vilayəti üzərində Ukraynaya məxsus raket məhv edilib
Şolz Rəfahda tammiqyaslı quru əməliyyatından danışıb
Rusiya və Şimali Koreya SSRİ-dən sonra ilk dəfə turist mübadiləsi aparıblar

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO