Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66774
az

Facebook azərbaycanlılara Putin və Lukaşenkonu söyməyə İCAZƏ VERDİ

14:3912 Mart, 2022
430
DÜNYA
  • A

“Meta” şirkəti Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı özünün Facebook sosial şəbəkəsində istifadə qaydalarına müvəqqəti dəyişiklik edib.

Oxu24.com  xəbər verir ki, yeni qaydalara görə, Ukraynanın, həmçinin də Ermənistan, Azərbaycan, Gürcüstan, Estoniya Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya ölkələrinin istifadəçilərinə rusiyalılara, rus hərbçilərinə, Putinə və Lukaşenkoya qarşı zorakalığa və nifrətə çağırışlar edə bilmək icazəsi verilib.

Maraqlıdır ki, “Meta” şirkəti Putin və Lukaşenkoya qarşı ölüm çağırışlarını da yeni qaydalarda legitimləşdirib.

“Meta” sadə rusiyalılara qarşı zorakalıq çağırışlarına icazə verilməyəcəyini də bildirib.

Bundan sonra ukraynalıların, həmçinin adı çəkilən ölkələrin istifadəçilərinin, məsələn, " rus işğalçılarına ölüm!" tipli statusları artıq Facebook tərəfindən bloklanmayacaq.

Bundan öncə isə ukraynalıların və bir çox ölkələrin Rusiyanın təcavüzünə qarşı etirazları ilə bağlı paylaşımlar Facebook tərəfindən bloklanırdı.

“Meta” rəhbərliyi dəyişiklikləri işğala qarşı insanların öz hisslərini ifadə etməsi üçün şərait və imkan yaradılması ilə izah edib.

Bu dəyişiklikdən sonra, Rusiya Baş Prokurorluğu məhkəmədən “Meta” şirkətini, həmçinin onun resursları olan Facebook, Instagram və WhatsApp-ı ekstremist qurum kimi tanınmasını və onların Rusiya ərazisində fəaliyyətinə qadağa qoyulmasını istəyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO
Polşada Rusiyaya
ABŞ BCM-nin Netanyahunun həbsinə order verməsinə icazə verməyəcək