Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66139
az

Kiyev belə alına bilər - MƏXFİ PLAN ƏLƏ KEÇDİ

12:0927 Fevral, 2022
394
  • A

Rusiyanın silahlı qüvvələri nəyin bahasına olursa-olsun, Ukraynaın paytaxtı Kiyevi ələ keçirməyə, Ukraynanın legitim hakimiyyətini devirməyə, Prezident Volodimir Zelenskini yaxalayaraq "hərbi tribunal qarşısına çıxarmağa" çalışırlar.

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Kiyevlə bağlı məxfi planını açıqlayıb.

RF ordusunun operativ planlarına görə, rusiyalılar təqribən 2 min nəfər xüsusi təyinatlı vasitəsilə Kiyevdəki iki aeroportdan birini, aviahərəkətin idarəetmə vasitələrini ələ keçirməlidir. Bundan sonra desantçılar mövqeləri qorumalı, İl-76MD hərbi-nəqliyyat təyarələri vasitəsilə 10 min desantçının gəlişini gözləməlidir. Desantçılarla yanaşı, həmin mövqelərə ZTR-lər, "Nona"lar, zirehli avtomobillər endiriləcək.

Desant əməliyyatı Belarusun və Rusiya Federasiyasının səmasında olacaq A-50 uzaqməsafəli radiolokasiya, radiokəşfiyyat və idarəetmə təyyarələri vasitəsilə idarə olunacaq.

 

Desantın ilk hissəsi Belarusdan helikopterlərlə və ya kiçik təyyarələrlə də gətirilə bilər.

Elə həmin vaxt Ukrayna ərazisində olan diversiya qrupları elektrik şəbəkələrində və yarımstansiyalarda təxribatlar törətməli, Kiyevin əksər hissəsinin elektroenerji və rabitədən məhrum olmasına, əhali arasında panika yaranmasına nail olmalıdırlar.

Təxribatçılar dəstələri Kiyevin müxtəlif yerlərində qarətlər etməli, yanğınlar törətməli, şəhər sakinləri arasında daha çox təşviş yaratmalıdırlar. Beləcə, onlar Kiyevin hüquq-mühafizə strukturlarının diqqətini diversantlarla casusların axtarışından yayındıraraq situasiyanın stabilləşdirilməsinə yönəltməlidir.

Bütün bunlarla yanaşı Ukraynanın hakimiyyət strukturlarının, ən populyar mass-mediasının resurslarına genişmiqyaslı kiberhücumlar başlayacaq.

Kiyevə genişmiqyaslı hücumdan əvvəl Rusiya ordusu bütün cəbhə boyu aktivləşəcək, Ukrayna ilə sərhəddə provokasiyalar olacaq: məqsəd Ukraynanın hərbi-siyasi rəhbərliyini döyüş qabiliyyəti yüksək hərbi birləşmələrin əsas hissəsini müdafiə xəttindən ayırmaq və Kiyevdə mümkün qədər az hərbçi qalmasına nail olmaqdır.

Kiyevə çıxarılacaq desantın məqsədi şəhərin kommunikasiyaları, qoşunların idarəolunma kanallarını blokadaya almaq, hərbi anbarları ələ keçirmək və ya partlatmaq, şəhər sakinləri arasında mümkün qədər güclü panika yaratmaq, kiyevlilərin təşviş və təlaş içində şəhəri tərk etməsinə nail olmaqdır. Kiyevdən sakinlər kütləvi şəkildə çıxmağa başlasalar yollarda Ukrayna ordusunun və polisinin, habelə Milli Qvardiyasının birləşmələrinin hərəkəti çətinləşəcək.

 

Dahat sonra Kiyevdə Prezident Ofisi, Baş Qərargah, Hökumət Evi, Ali Rada ələ keçiriləcək. Desantçılar və xüsusi təyiantılılar Rusiyanın əsas qüvvələri gəlib çatana qədər əllərində saxlamağa çalışacaqlar.

Kiyevdə desant əməliyyatı gecənin gec saatlarında başlamalı və maksimum bir saata başa çatmalıdır.

Əməliyyatın nə zaman həyata keçiriləcəyi dəqiq bəlli deyil. Hər şey hava şəraitindən, dünyada siyasi situasiyanın inkişafından və Belarusun Qomel şəhərində başlanması gözlənilən danışıqlardan asılıdır.

Rusiyanın əsas məqsədi Ukrayna rəhbərliyindəki şəxsləri ələ keçirmək və onları Moskvanın şərtləri əsasında sülh müqaviləsini imzalamağa vadar etməkdir.

Ukraynanın indiki rəhbərliyi Kiyevi tərk edərək ölkənin qərbinə təxliyə olunarsa, Kiyev ələ alınandan sonra rusiyapərəst siyasətçilərdən biri "məsuliyyəti boynuna götürərək" sənədləri imzalayacaq, buna "Ukraynanın siyasi rəhbərliyinin Kiyevdən qaçması" ilə haqq qazandırmağa çalışacaq.

 

Ehtimal olunan invariasiyalar arasında Ukraynanın ikiyə bölünməsi də var. Belə olarsa, Rusiya Federasiyası sənədi imzalayacaq və Moskvaya loyal olacaq "tərəf"i legitim sayaraq tanıyacaq.

Planda Ukraynada hərbi əməliyyatların 15 sutka davam etməsi nəzərdə tutulub.

 

Elçin Alıoğlu
Milli.Az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şimali Koreya demilitarizasiya zonasındakı yolu minalayıb
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər