Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65985
az

Putinin şok planı: Zelenskini ələ keçirib onu...

19:2725 Fevral, 2022
759
DÜNYA
  • A

Ukrayna xüsusi xidmət orqanları Putinin Ukrayna ilə bağlı planını əldə etdiklərini açıqlayıblar.
Oxu24.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiyanın planı ilk mərhələdə 2 min desantla Kiyevin aerodromlarından birini ələ keçirib, ora 10 minlik qüvvə atmaq, şəhərin bir neçə yerində panika yaradan partlayışlar törətmək, beləliklə, şəhər əhalisinin kütləvi şəkildə qaçmağa çalışmasına nail olmaqdır.

Bu, şəhərə giriş və çıxış yollarında tıxacların yaranmasına və Ukrayna hərbi qüvvələrinin hərəkət imkanlarının qarşısını almağa hesablanıb.

Sonrakı mərhələdə Ukrayna dövlət rəhbərliyini ələ keçirərək şantaj yolu ilə Rusiyanın bütün tələblərini qəbul etdiyinə dair sənədi imzalatdırmaq nəzərdə tutulur.

Bildirilir ki, hətta buna nail olmasalar belə, Ukraynanın rusiyapərəst bir yüksək rəsmisini dövlət rəhbəri elan etməklə sənədi ona imzalatdırmaq hədəflənir.

Qeyd olunur ki, Rusiya Ukraynanı iki hissəyə bölmək niyyətindədir: vaxtilə Almaniyanı böldüyü kimi. Şərqi və Qərbi Ukrayna olmaqla.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ
Tbilisidə polis kütləvi həbslərə başladı
Moskvada zavod yanır - VİDEO