Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65404
az

Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu ilə daşınmasına olan icazənin müddəti uzadılıb

22:5115 Fevral, 2022
185
DÜNYA
  • A

Azərbaycandan Rusiyaya bəzi məhsulların dəmiryolu vasitəsilə daşınmasına olan icazənin müddəti uzadılıb.

Bu barədə  Oxu24.com  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

Belə ki, AQTA və Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əməkdaşlığın genişləndirilməsi, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoq mühitinin mövcudluğu və ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini verməkdədir.

2021-ci il 11 iyun tarixində AQTA və "Rosselxoznadzor" arasında aparılan danışıqlar nəticəsində 2022-ci il 1 aprel tarixinə qədər pomidor və alma məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınmasına icazə verilib. Bu sahədə hazırkı şəraitdə mövcud olan infrastruktur nəzərə alınaraq müddətin uzadılması ilə bağlı AQTA tərəfindən Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə rəsmi müraciət olunub, Agentlik sədri Qoşqar Təhməzli ilə “Rosselxoznadzor” rəhbəri Sergey Dankvert arasında 14 fevral 2022-ci ildə növbəti danışıqlar həyata keçirilib. Aparılan danışıqlar, həmçinin son zamanlar Azərbaycandan ixrac olunan məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi Rusiyanın müvafiq qurumu tərəfindən yüksək qiymətləndirilib və alma və pomidor məhsullarının 2023-cü ilin 1 yanvar tarixinə qədər dəmiryol vasitəsilə daşınması müsbət həllini tapıb. Birgə səmərəli fəaliyyətə, Azərbaycandan Rusiyaya alma və pomidor məhsullarının ixrac prosedurlarının sadələşdirilməsi, eləcə də AQTA-nın zəmanəti əsasında bu ölkəyə məhsul ixracına icazələrin verilməsi ilə bağlı Q.Təhməzli rusiyalı həmkarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti tərəfindən bu ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının yalnız beynəlxalq tələblərə cavab verən konteynerlərlə daşınması tələbi mövcuddur.

Hazırda ölkəmizdən Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər