Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65052
az

Tanınmış türk iş adamı öldürüldü

09:5709 Fevral, 2022
330
  • A

Tanınmış kiprli türk iş adamı Halil Falyalı silahlı hücum nəticəsində həyatını itirib. “Qafqazifo” xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, evinin yaxınlığında Halil Falyalı və həyat yoldaşının maşınlarının da olduğu konvoya silahlı hücum edilib. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan H.Falyalının həyatını xilas etmək mümkün olmayıb. Onun sürücüsü hadisə yerində dünyasını dəyişib. Hücum zamanı Falyalı ailəsinin başqa avtomobildə olduğu və həmin avtomobilə atəş açılmadığı bildirilib. Qeyd edək ki, Halil Falyalı ötən ilin oktyabrında “quldurluq” və “məcburi saxlama” işi üzrə mühakimə olunaraq həbs edilmişdi. Girne Rayon Məhkəməsində qaldırılan iş təqibsizlik səbəbi ilə geri götürülərək Falyalı dekabrda azadlığa buraxılmışdı. Xatırladaq ki, Falyalı 2016-cı ildən çirkli pulların yuyulması və narkotik ticarəti ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb
Türkiyə İsraillə bütün ticarət əlaqələrini KƏSDİYİNİ TƏSDİQLƏDİ - YENİLƏNDİ

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Polis Bakıda kəsici-deşici alətlərin satışının qarşısını aldı - VİDEO