Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63530
az

Rusiya Qazaxıstanda hansı planını işə salacaq? - ƏSAS İKİ ŞƏRT...

20:0206 Yanvar, 2022
300
DÜNYA
  • A
Bunu Oxu24.com-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib. O bildirib ki, Rusiya çalışacaq ki, Qazaxıstandakı hadisələri Belarusdakı kimi kontrol etməyə çalışsın: "Əhalinin narazılığı sosial sıxıntılarından, sosial problemlərindən qaynaqlanmasaydı, heç bir kənar qüvvə bu insanlara heç bir təsir edə bilməzdi. Qazaxıstanda havanın temperaturunun bu vaxtı -30, -40 dərəcə olduğunu nəzərə alsaq, soyuq, qarlı qış günlərində əhali yəqin ki, küçələrə çıxıb maye qazın, dizel yanacağının qiyməti ilə bağlı bu cür aksiyalar keçirməzdi, ölüm-itim olmazdı. Artıq bir neçə insanın ölməsi, ciddi xəsarətlər alması ilə bağlı xəbərlər var. Amma əlbəttə ki, insanların bu heysiyyatından, bu ehtiyacından, dövlət, hökümət arasındakı uçurumdan istifadə etməyə çalışan xarici qüvvələr də var. Böyük ehtimal ki, biz bu qüvvələrin səhnə arxasında hadisələrə istiqamət verməsinin, hadisələri yönəltməsinin şahidi oluruq. Burada ABŞ-ın, Qərbin dəstəklədiyi qüvvələr var və eyni şəkildə Rusiyanın dəstəklədiyi qüvvələr var. Bu xarici qüvvələrdən əlavə bir də daxildə fərqli klanlar var. Qazaxıstanda üç fərqli klan var - Şimal, orta və cənub klanları. Nazarbayev bu üç klanı idarə edə biləcək, ortaq məsafədə saxlaya biləcək hər üçünün qəbul edə biləcəyi şəxs idi. Artıq aralıq qarışandan sonra bu üç klan da mübarizəyə başlayacaq, bu klanlar arasında resursları bölüşdürmək, daha çox xalq hərəkatına yön vermək, daha çox hakimiyyət bölüşdürülməsində pay almaq üstündə də bir mübarizə başlayacaq. Aydın məsələdir ki, onlar da özlərinə yaxın şəxslərə üstünlük verirlər. Bütün bu klanlar da eyni dərəcədə Rusiyaya bağlıdır, Rusiya ilə müəyyən əlaqələri var. Aydın məsələdir ki, orada təmsil olunan Rusiyaya yaxın şəxslər mümkün qədər bu qarışıqdan istifadə edib onları da həm öz mövqelərini gücləndirməyə, həm də Rusiyanın mövqeyini gücləndirməklə etimad əldə etməyə çalışacaqlar. Burada Rusiya daha çox mövcud vəziyyəti öz lehinə çevirməyə çalşır. Rəsmi Moskva görür ki, Qazaxıstan açıq şəkildə əldən çıxa bilər və bu xalq etirazları fonunda Qazaxıstana nəzarəti tamamilə itirə bilər, ona görə Rusiya çalışacaq ki, hadisələri Belarusdakı kimi kontrol etməyə çalışsın. Daha sonra ya toxunulmazlıq zəmanəti vermək qarşılığında Qasım-Jomart Tokayevi məcbur etsin ki, onunla hər hansı bir razılığa gəlsin, ya da ki, başqa bir şərtlə yeni klan nümayəndəsinə kartını açmaqla, yaxud başqa bir siyasi fiqura dəstək verməklə onu hakimiyyətə gətirsin və həmin şəxs ömürlük Rusiyadan asılı olsun". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Şoyqu bu vəzifəyə təyin edildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər