Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
624
az

Aprelin 23-ü dünyada son günümüz ola bilər

15:4914 Aprel, 2018
2815
DÜNYA
  • A
 Dünyanın sonuna 9 gün qaldığı ilə bağlı yeni iddialar irəli sürülüb.

Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə məşhur numeroloq Devid Mid 21 aprel 2018-ci il tarixdən etibarən qiyamətin başlayacağını və itmiş X Nibiru planetinin Yerlə toqquşacağını iddia edib.

Keçmiş numeroloji hesablamaların araşdırılması və İncilin yenidən oxunmasından sonra ortaya atılan bu iddia səmavi kitabın "Vəhy kitabı 12:1-2" bölməsində yazılanlara görə əsaslandırılıb. Orada qeyd olunur ki, Göydə fövqəladə bir işarə, günəşi qucaqlayan bir qadın göründü. Ay ayaqlarının altında idi, başında 12 ulduzdan ibarət tac vardı. 2 qadın hamilə idi. Doğuş sancıları içində qıvrılır, fəryad edirdilər.

23 apreldə Günəş, Ay və Yupiterin Günəş Sistemi daxilində alacaqları düzülüşün Həzrəti İsanın geri dönüşünün xəbərçisi olacağını deyən nəzəriyyəçilər Qiyamət Gününün 23 aprel 2018-ci il tarixdə başlayacağını söyləyiblər.

Devid Mid Dəccalın doğuşu, Planet X-in ortaya çıxması və Üçüncü Dünya Müharibəsinin başlamasının qiyamətin əlamətləri olduğunu deyib.

Planetlərin bu düzülüşünün hər 12 ildə bir gerçəkləşdiyini bildirən Mid Planet X-in göründüyü anda bütün kilsələrin yer üzündən silinəcəyini və Dəccalın gəlişindən sonra Üçüncü Dünya Müharibəsinin başlayacağını önə sürüb.

Bu tip iddialarını daha öncə də önə sürən numeroloq bu hadisələrin 23 aprel tarixində baş verməyəcəyi təqdirdə, 23 iyuna diqqət çəkmək lazım olduğunu bildirərək fikrini tamamlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
“WhatsApp”da yeni funksiya yaradıldı
Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı