Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61659
az

ABŞ-dan İsrailə İranla bağlı - Xəbərdarlıq

22:1724 Noyabr, 2021
272
  • A
ABŞ İranın nüvə obyektlərinə edilən hücumların səmərəsiz olacağı barədə İsrailə xəbərdarlıq edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “New York Times” qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, ABŞ rəsmilərinin israillilərə İrana hücumların taktiki baxımdan qənaətbəxş ola biləcəyi, lakin nəticədə əks nəticə verəcəyi barədə xəbərdarlıq etdiyi bildirilir. “New York Times” qəzetinin verdiyi xəbərdə ABŞ-ın yüksək rütbəli rəsmilərinin israilli həmkarlarına İranın nüvə və raket obyektlərinə edilən hücumların mövcud proqramı sürətləndirəcəyini və onun yenidən qurulmasına səbəb olacağını söylədikləri qeyd edilib. ABŞ tərəfi həmçinin bu hücumların noyabrın 29-da keçiriləcək mühüm nüvə danışıqları ərəfəsində İran və Qərb arasında gərginliyi artıracağından və 2015-ci il nüvə sazişinə qayıtmaq səylərini iflic edəcəyindən narahatlığını bildirib. Xəbərdə İsrail səlahiyyətlilərinin bu mövzuda geri addım atmaq niyyətində olmadığı və xəbərdarlıqları rədd etdiyi bildirilib. Həmçinin xəbərdə İsrailin son 20 ayda İranın nüvə obyektlərində 4 partlayış törətdiyinə və iranlı nüvə alimi Muhsin Fəhrizadəyə sui-qəsd təşkil etdiyi bildirilib. Qeyd edək ki, İranın nüvə proqramının əsas simalarından biri olan Muhsin Fəhrizadə 2020-ci il noyabrın 27-də Tehran vilayətinin Dəməvənd rayonunda avtomobilinə edilən hücumda həlak olub Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi