Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6125
az

Türkiyəyə qarşı QORXUNC PLAN son anda təxirə salındı: ABŞ 60 gün ərzində...

12:0815 Oktyabr, 2018
1329
DÜNYA
  • A
ABŞ prezidenti Donald Tramp avqustun sonunda amerikalı rahib Endrü Bransonun ev həbsi ilə bağlı vəziyyətlə əlaqədar bütün diplomatik personalı Türkiyədən geri çağırmağı planlaşdırırdı.

Publika.az xəbər verir ki, bu haqda Dövlət Departamenti və Ağ Evdəki mənbələrə istinadən “ABC News” telekanalı bildirib.

“Biz hansısa bir vaxtda Türkiyə ilə münasibətlərdə apokalipsisdən qorxurduq”, - Dövlət Departamentindəki yüksək vəzifəli mənbə bildirib.

Daha bir məlumatlı yüksəkvəzifəli məmur telekanala bildirib ki, prezident ABŞ səfirliyini və bütün NATO-nun diplomatik missiyalarını 60 gün ərzində bağlamağı planlaşdırırdı. Tramp əvvəlcə yüksək rütbəli diplomatları, sonra isə diplomatik nümayəndəliklərin bütün heyətlərini geri çağırmağı planlaşdırırdı.

Administrasiyadakı iki mənbənin sözlərinə görə, dövlət katibi Mayk Pompeo bu plana ən böyük müqavimət göstərən şəxs olub. Pompeo prezidentin diqqətinə çatdırıb ki, bu addımlar NATO üzrə ABŞ-ın əsas müttəfiqi ilə münasibətlərinə düzəldilməsi mümkün olmayan zərər vura bilər.

Telekanal bildirib ki, Dövlət Departamenti belə bir planın mövcudluğunu inkar edib, Ağ Ev isə informasiyanı şərh etməyib. Telekanalın məlumatına görə, plana həmçinin türk biznesmenləri və məmurlarına qarşı sanksiyaların genişləndirilməsi daxil idi. Xəbərə görə, Branson oktyabrın 12-də buraxılmasaydı, bu plana çox ciddi baxılırdı.

Xatırladaq ki, oktyabrın 12-də İzmir məhkəməsi Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib. İstintaq prosesində həbsdə qaldığı müddət nəzərə alınaraq rahib azadlığa buraxılıb. O, casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilirdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı