Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60506
az

Putin ordunu hazır vəziyyətə gətirdi: GƏRGİNLİK ARTIR

20:3702 Noyabr, 2021
429
DÜNYA
  • A

Rusiya Hərbi Dəniz Qüvvələrinin qoşunları Qara dənizdə ABŞ-ın iki hərbi gəmisinin mövcudluğu ərəfəsində "düşmən hədəflərini məhvetmə" təlimi keçirib.

Publika.az xəbər verir ki, "İnterfaks" agentliyi bu barədə məlumat yayıb.

Bildirilib ki, Novorossiysk və Krımdakı bazalarda yerləşən hava hücumundan müdafiə sistemləri də döyüş hazırlığı vəziyyətinə gətirilib.

"Zenit raket sistemləri və artilleriya silahları havada süni şəkildə yaradılmış düşmən hədəflərini məhv edib" - təlimlə bağlı açıqlamada qeyd olunub.

Rusiya daha əvvəl Qərb ölkələrinə Qara dənizə hərbi gəmi göndərməmək və Krım sahillərinə yaxınlaşmamaq barədə xəbərdarlıq etmişdi. Rusiya Krımı öz ərazisinin bir hissəsi kimi görsə də, bölgə beynəlxalq ictimaiyyət tərəfindən Ukraynanın bir hissəsi kimi tanınır.

ABŞ Hərbi Dəniz Qüvvələrindən ötən gün verilən açıqlamada "USS Mount Whitney" gəmisinin İstanbula çatdığı və tezliklə Qara dənizdəki digər gəmilərlə birləşəcəyi bildirilib. Eyni zamanda Amerika hərbi gəmilərinin Qara dənizdə yerləşməsinin NATO ilə ABŞ qüvvələri arasında əməkdaşlığı gücləndirəcəyi də qeyd edilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən verdiyi açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus LCC-20 geniş nömrəli "USS Mount Whitney" amfibiya komanda-nəzarət gəmisinin izlənəcəyini bildirib və NATO-nun Rusiya sərhədindəki bu fəaliyyətindən narahatlığını ifadə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Estoniya Rusiya aktivlərini necə satacağına qərar verib
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
Putin Slovakiyanın baş naziri Fikoya sui-qəsd cəhdini dəhşətli adlandırıb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi