Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59204
az

Gürcüstandan Azərbaycana böyük dəstək: Irana qarşı şok qərar qəbul edildi

12:0106 Oktyabr, 2021
8152
  • A
“Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyması rəsmi Bakı ilə Tiflis arasındakı strateji tərəfdaşlığın, müttəfiqliyin hansı səviyyədə olduğunu göstərir”. Bu sözləri politoloq Turab Rzayev deyib. O, bildirib ki, Gürcüstan bununla İrana açıq mesaj verir ki, regionda onun müttəfiqi Azərbaycandır və ona təhdid, təhlükə olarsa, o da bütün imkanları ilə dəstək verəcək: “Azərbaycan tərəfi region ölkələrinə 3+3 formatını təklif edib. Yəni üç Qafqaz ölkəsi, üç də ətraf ölkə formatda iştirak edə bilər. Lakin görünür, bəzi ölkələr bunu yanlış anlayıb. Ölkə başçısının dediyi kimi, istəyən bu formata qoşula bilər, istəməyən də özü bilər. Yəni biz bu formata 2+2 olaraq da davam edə bilərik. Bundan başqa Gürcüstan 3+2 formatını da təklif edir. Yəni üç Qafqaz ölkəsi Türkiyə və Avropa Birliyi. Bu formatda da İrana yer yoxdur. Rəsmi Tehran hazırkı tutumunda israr etsə, Ermənistan xaric, bütün region ölkələrini qarşısına alacaq. Bu da tədricən onun iqtisadi blokadaya düşməsinə gətirib çıxaracaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər