Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
58447
az

“Delta” ştammı bu əlamətlərlə başlayır

22:5912 Sentyabr, 2021
777
DÜNYA
  • A

"Yetkinlərin 85 faizi, uşaqların isə 90 faizi koronavirusu simptomsuz keçirir. Bu, bir tərəfdən yaxşı haldır. Digər tərəfdən də başqalarının yoluxmasına səbəb olur. "Düşmənin" harada olduğunu bilmirsiniz. Koronavirusu simptomsuz keçirən və virusa yoluxduğunun fərqində olmayan insanlar avtobusa, metroya minərək hamını yoluxdururlar. Hərarət və heç bir əlamət olmadığından o insanın bundan xəbəri olmur, maskasını da doğru-düzgün taxmır. Qripdə belə olmur, mütləq müvafiq əlamətlər özünü göstərir".

Oxu24.com xəbər xəbər verir ki, bu sözləri Türkiyənin məşhur həkimi, professor Mehmet Ceyhan söyləyib. Onun sözlərinə görə, COVID-19-a qarşı ən effektiv mübarizə vaksinasiyadır, amma bunun üçün əhalinin 80 faizi peyvənd olunmalıdır.

Professor qeyd edib ki, uşaqlarda klinik gedişat dəyişib:

""Delta" variantı o qədər də aydın olmayan əlamətlərlə gəlir. Məsələn, uşağın qızdırması belə yoxdur, sadəcə bir az öskürdüyü və asqırdığı üçün test edirsiniz, beləliklə pozitiv çıxır. Əvvəllər hərarət, baş və bədən ağrıları, dadbilmənin pozulması ön planda idisə, indi daha çox adi soyuqdəymə əlamətləri özünü göstərir. Bu, "delta" variantının kliniki əlamətlərinin dəyişməsi deməkdir". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Priqojinin məzarını betonladılar - FOTO/VİDEO
Tbilisidə etirazçılar parlament binası qarşısında - VİDEO
Rusiyada universitet karantinə bağlandı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı