Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54562
az

ABŞ dövlət katibi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

10:1028 May, 2021
1066
DÜNYA
  • A

“Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatları hökuməti adından Azərbaycan xalqını təbrik edirəm”.

Oxu24.com -un  ABŞ Dövlət Departamentinə istinadən verdiyi xəbərə görə, bu, ABŞ dövlət katibi Entoni Blinkenin 28 May – Respublika Günü ilə bağlı bəyanatında əksini tapıb.

1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik hökumətin qurulduğunu qeyd edən dövlət katibi bildirib ki, Amerika Birləşmiş Ştatları iqtisadi, enerji və təhlükəsizlik sahəsində 30 illik tərəfdaşlığı və Azərbaycanın insan hüquqlarına və qanunun aliliyinə hörmətin yaxşılaşdırılması istiqamətində davamlı dialoqu qiymətləndirir.

“Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfələri qəbul edirik. İnsan hüquqlarına və fundamental azadlıqlara, qanunun aliliyinə, şəffaflığa və hesabatlılığa hörmət edən güclü qurumlar və proseslər ümumi hədəflərimizə çatmaq və daha güclü və daha dərin əlaqələr qurmaq üçün vacibdir.

Amerika Birləşmiş Ştatları ayrıca minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında insanlararası münasibətlər vasitəsilə, həmçinin səfirliklərimizin ictimaiyyətlə əlaqəsi sayəsində inkişaf etdirilən əlaqələrə dəyər verir.

ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli barədə danışıqlarda tərəflərə kömək etməyə sadiqdir”, - deyə bəyanatda qeyd olunub.

E. Blinken vurğulayıb ki, ABŞ döyüşlərin humanitar nəticələrinin həllini dəstəkləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza yerində şok detal: naməlum adam...
Çin avtomobilin satış tarixini AÇIQLADI
İran Nazirlər Kabineti: “Hökumətin işi fasiləsiz davam edəcək”

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu