Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54053
az

Bu il daha çox ölüm OLA BİLƏR – ÜST-dən XƏBƏRDARLIQ

21:0314 May, 2021
3880
DÜNYA
  • A

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus pandemiya ilə bağlı yeni açıqlama verib.

Oxu24.com xəbər verir ki, o, COVID-19 pandemiyasının ikinci ilində insan itkilərinin sayının artmasını istisna etməyib, virusun əvvəlki ildən daha çox ölüm gətirə biləcəyini bildirib.

Bundan əlavə, ÜST rəhbəri vaksinasiyanı vacib sayıb: “COVID-19 artıq 3,3 milyon insanın həyatına son qoyub. Pandemiyanın ikinci ilinə qədəm qoymuşuq ki, bu ildə əvvəlkindən daha çox ölümlər baş verə bilər”.

Eyni zamanda, ÜST vaksinasiyanın virusun yayılmaması üçün 100 faizlik effekt verən müalicə üsulu olmadığını açıqlayıb. Çünki peyvəndlənən insanlar da xəstələnə bilərlər. Lakin onlar xəstəliyi daha yüngül formada keçirirlər.

Məhdudiyyətlərin və ya maska taxmaqla bağlı xüsusi rejimin ləğvi qərarlarına gəldikdə isə, bu, ölkələrdə vaksinasiyadan keçən insanların sayına görə yox, COVID-19-un yayılma səviyyəsinə əsaslanmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Şoyqu bu vəzifəyə təyin edildi
Putin onu müdafiə naziri postuna təklif etdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeni inşa olunan binadan 7200 manatlıq oğurluq edildi