Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54044
az

Makron çox istəyirsə, Marsel şəhərini ermənilərin dövləti elan etsin – Deputatdan SƏRT SÖZLƏR

14:3314 May, 2021
8158
DÜNYA
  • A

Çox təəssüflər olsun ki, Fransa Prezidenti Emmanuel Makron erməni sevgisindən əl çəkmir. Makronun öz ölkəsində işləri qalmayıbmı ki, hər şeyi kənara qoyub Azərbaycanın daxili işlərinə qarışır, bəyanat verir ki, “Azərbaycan öz ordusunu Ermənistanın ərazisindən çıxartmalıdır, Fransa Ermənistan xalqını dəstəkləyib və bundan sonra da dəstəkləyəcək”. Makrona demək lazımdır ki, birtərəfli Ermənistanı dəstəkləyirsənsə, sənin ATƏT-in Minsk Qrupunun həmsədriliyində nə işin var?

Bunu Publika.az-a millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Makron yaddan çıxartmamalıdır ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Bu gün Azərbaycanın Dövlət Sərhəd Xidməti elə sənin, Fransanın tanıdığı sərhədlərini bərpa edir. Azərbaycan Ordusu Ermənistanın ərazisində deyil və qarşı tərəfdən fərqli olaraq ölkəmizin heç də başqa ölkələrin torpaqlarında gözü yoxdur. Dövlətimiz ərazimizin bir qarşını da ermənilərə güzəştə getmək fikrində deyil. Azərbaycanın Sünik vilayəti ilə sərhəddə demarkasiya işlərini aparıb sərhəd postlarının qurulmasını Ermənistan siyasiləşdirirsə, bu, onların özlərinin daxili işidir. Biz isə öz sərhədlərimizi möhkəmləndiririk. Hətta cənab Makrona xatırlatmaq istəyirəm ki, Dağlıq Qarabağ adında bir inzibati ərazi də yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük müharibədə, döyüş meydanında təmin edib. Sizin Azərbaycanın daxili işlərinə qarışmağa heç bir haqqınız yoxdur. Əgər sizi ermənilərin taleyi düşündürürsə, bir məsləhət verim. Fransada ermənilərin kompakt yaşadığı Marsel şəhəri var. Bu gün Qarabağda sizin statistikanıza görə cəmi 40-50 min erməni məskunlaşıb. Bu, Fransa üçün heç də böyük say deyil. Marsel şəhərini ermənilərin dövləti elan edin və Qarabağda yaşayan erməniləri də ora aparın. Qoy onlar da bir gün görsünlər, Fransanın dəstəyindən yararlansınlar. Deyirsiniz ki, Fransa inkişaf etmiş ölkədir. Əgər belədirsə, Qarabağda məskunlaşmış bir ovuc erməninin sizin inkişaf etmiş ölkənizdə yaşamasına niyə imkan yaratmırsınız? Əgər siz cənab Makron, Qarabağda yaşayan erməniləri Fransaya aparsanız regionda tam sakitlik yaranar və gələcəkdə artıq söz-söhbət üçün mövzu qalmaz. Əgər siz belə addım atmasanız, biləcəyik ki, sizin ermənilərə sevginiz yoxdur, sadəcə regionda yenidən müharibənin alovlanmasına və erməniləri Azərbaycanın Müzəffər Ordusuna yenidən məhv etdirməkdə maraqlısınız. Bilirik ki, siz Fransada ermənilərə nə torpaq verən deyilsiniz, nə də erməniləri yeri gələndə dəstəkləyən deyilsiniz. Sadəcə susun ki, Cənubi Qafqazda uzun müddətli sülh yaransın, ölkələr bir-birlərinin dövlət sərhədlərini tanıyaraq qonşuluq münasibətlərini inkişaf etdirsinlər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR