Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
BÜTÜN XƏBƏRLƏR
53041
az

“Minlərlə rus əsgərinin cəsədləri burada çürüyəcək"- Zelenski Moskva görüşündən imtina etdi

17:3324 Aprel, 2021
3766
DÜNYA
  • A

Ukrayna-Rusiya arasında gərginlik yenidən artır; görüşün baş tutmayacağı fonunda Kiyev rəsmisi sensasion açıqlama verib...
 

Rusiyanın qoşunlarını şərqi Ukrayna sərhədlərinindən geri çəkməsində sonra münaqişənin həllində sülh variantına üstünlük veriləcəyi haqda ümidlər hələ ki, özünü doğrultmur.

Ukrayna prezidentinin rusiyalı həmkarına görüş təklifinə Kremldən “gəlsin, Moskvada görüşək” kimi reaksiyası Kiyevi qəzəbləndirib.

Qeyd edək ki, prezident Putin deyib ki, Zelenski Kiyevlə Moskva arasındakı münasibətləri bərpa etməyə başlamaq istəsə, Rusiya bunu yalnız alqışlayar. Putin Ukrayna liderini onun üçün əlverişli zamanda Moskvada qəbul etməyə hazır olduğunu vurğulayıb.

Rəsmi Kiyev isə Zelenskinin danışıqlar üçün Moskvaya gələ bilməyəcəyini və bunun səbəbini izah edib.
Ukrayna baş nazirinin müavini Aleksey Reznikov Ukrayna prezidentinin Putinlə danışıqlar üçün Moskvaya gəlmək təklifini niyə qəbul edə bilməyəcəyini belə izah edib: "Müharibə zamanı paytaxta gedib təcavüzkar ölkənin nümayəndəsi ilə görüşülə bilməz".

 

Baş nazirin müavini Rusiya prezidentinin təklifini "qəribə" adlandırıb, belə bir görüşün “Normandiya formatı” çərçivəsində, yəni Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilə biləcəyini söyləyib.
Görüşün baş tutmayacağı fonunda isə Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak “Ukrayna-24” telekanalının efirində sensasion açıqlama verib.

Z. Şkiryak Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxmasına baxmayaraq, Moskvanın geniş miqyaslı hücumundan vaz keçmədiyini deyib. Şkiryak Ukraynanın belə bir hücuma hazır olduğunu və Rusiyanın minlərlə əsgərini itirəcəyinə söz verib.“Ukrayna vətəndaşlarını arxayın edə bilərəm: Daxili İşlər Nazirliyinin bütün bölmələri geniş miqyaslı işğal cəhdləri daxil olmaqla, hər bir ssenariyə tam hazırdır” deyərək, Moskvanın çox ağır itkilər verəcəyini bəyan edib: "Mənə inana bilərsiniz: minlərlə və on minlərlə əsgərinin cəsədləri geri dönəcək və ya Ukrayna torpağında çürüyəcək".

O, Daxili İşlər Nazirliyi əməkdaşlarının silahlı qüvvələrlə birgə Ukraynanı qoruyacaqlarını və düşmənin "torpaq qoparmasına" imkan verilməyəcəyini də qeyd edib.

Şkiryak hesab edir ki, Rusiya imperiya və ondan bərpa etmək kimi utopik xəyallardan vaz keçməyib.
Qondarma “Donetsk Xalq Respublikasının” nin keçmiş “müdafiə naziri” İqor Strelkov isə Rusiya qoşunların daimi dislokasiya yerlərinə qaytarılması qərarına "Donbası təslim etməyə hazırıq?" deyə, reaksiya bildirib.

 

Strelkov “Radiotochka” Teleqram kanalına verdiyi müsahibəsində Rusiyanın ordunu geri çəkmək qərarını anlamadığını deyib: "Bu qədər qoşunu sərhədlərə yığıb, sonradan niyə geri çəkdiklərinin mənasını başa düşmürəm. Qoşunlarını Donbasdan Ukraynadan əvvəl geri çəkmək axmaqlıqdır, bu, Donbasın təslim olmasına hazırlıq demək ola bilər".

Strelkov əmindir ki, Ukrayna ilə barışıq olmayacaq və müharibə gec-tez qaçılmazdır.Onun sözlərinə görə, Kiyev Rusiyanın bu qərarına baxmayaraq, müharibəyə hazırlığını dayandırmayıb, Donbasdakı atəş səsləri şiddətlənib.

Ukraynalı hərbi analitiki, Ordunun Beynəlxalq Araşdırmalar Tədqiqatları Mərkəzinin direktor müavini Mixail Samus isə son günlər Kiyevə silahlandırdığı üçün Türkiyəyə olan təzyiqlərdən danışıb. Onun sözlərinə görə, Moskva Ukrayna-Türkiyə hərbi əməkdaşlığının qarşısını ala bilməyəcək. “Türkiyə Kiyev üçün əsas hərbi-texniki tərəfdaşdır və bu, hər iki ölkə üçün faydalıdır. Eyni zamanda, Ukraynanı "Rusiya təcavüzünə" qarşı durmaq baxımından gücləndirir. Türkiyənin Ukraynanın Krımla bağlı mövqeyini dəstəkləyir. Bundan əlavə, Türkiyə Ukrayna donanması üçün dörd hərbi gəmi istehsalına başlayıb.

 

Rusiya bu əməkdaşlığa müdaxilə edə bilməz. Artıq iki ölkə arasında uçuşları qadağan edərək ilk addımı atdı. Ancaq bundan əlavə heç bir şey ola bilməz, çünki əslində Rusiyanın hərbi baxımdan başqa Türkiyə üzərində ciddi bir təsiri yoxdur” deyə, hərbi analitik bildirib.

Yada salaq ki, Rusiya baş nazirinin müavini Yuri Borisov bugünlərdə “Ankara “Bayraktar” pilotsuz təyyarələrini Ukraynaya satmağa davam edərsə, Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığa yenidən baxılacağını” istisna etməmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil