Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52659
az

Rusiyanın XAOS PLANI: Moskvanın okeanın dibində DƏHŞƏTLİ ƏMƏLLƏRİ üzə çıxdı

21:3815 Aprel, 2021
2320
DÜNYA
  • A

Rusiyanın şimal qütbündəki hərbi fəallığı qərb ölkələrində ciddi narahatlıq yaradır.

Oxu24.com “The Sun” qəzetinə istinadən xəbər verir ki, Rusiyanın su altındakı fəaliyyəti onun qlobal iqtisadiyyata ciddi zərbə vura bilməsi üçün imkanlar yaradır. Qəzetdəki məqalədə yazılır:
“Rus qüvvələrinin suyun altında gizlənə bilməsi üçün nəhəng gəmi inşa edilib. Onlar şimal qütbündən Atlantik okeanına keçirlər. Daha sonra potensial olaraq dəhşətli nəticələrə səbəb ola biləcək vacib naqillərə müdaxilə edirlər. Hətta onları kəsə bilmək üçün robotlardan istifadə edə bilərlər. Müharibə baş verərsə bu xəttlər kəsilə bilər. Bu xəttlər internet dövriyyəsinin 97 faizini təşkil edir. Bu gündəlik 10 trilyon dollarlıq maliyyə əməliyyatı deməkdir.”

Bildirilir ki, Böyük Britaniyanın hərbi qüvvələri bununla bağlı hesabat təqdim edib. Hesabatda okeanın dibindən keçən xəttlərin kəsilməsinin xüsusilə krallıqda xaosa səbəb olacağı vurğulanıb. Bu həmçinin ABŞ üçün də böyük təhlükədir. Vaşinqton Rusiyanın internet naqillərinə müdaxilə edərək, vacib məlumatları ələ keçirə biləcəyindən narahatdır. Bildirilir ki, Britaniya donanması okeanın dibindən keçən naqilləri müdafiə etmək üçün xüsusi təyinatlı dəstə yaradıb.

Qeyd edək ki, Rusiyanın Şimal qütbündə hərbi fəaliyyətinin genişləndirməsi peyk görüntüləri vasitəsilə müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Latviya Parlamentinin sədri Azərbaycana gəldi
Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO