Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52452
az

ŞOK! Hərbçilər dinc sakinləri güllələdi: 98 nəfər ölü var 

09:4311 Aprel, 2021
7978
DÜNYA
  • A

Myanmada dünən baş verən etirazlar zamanı onlarla insan öldürülüb.

Oxu24.com xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Bago əyalətinin Ma Ga Dit rayonunda hərbçilər etirazçılara müxtəlif silahlardan atəş açıblar. Bununla yanaşı, əsgərlər partlayıcı vasitədən istifadə ediblər. Nəticədə 80 nəfər həlak olub.

Myanmanın Tamu şəhərində isə sakinlər hərbi karvana hücum ediblər. Pusquya salınan əsgərlərdən 3-ü öldürülüb. “Myanmar Now” saytının məlumatına görə, silahlı toqquşma zamanı 1 mülki şəxs də həlak olub.

“The Irrawaddy” isə bildirib ki, bir qrup silahlı şəxsin polis əməkdaşlarına hücumu nəticəsində 14 asayiş keşikçisi həlak olub.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib.

Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub.

Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zurabişvili ilə Zelenski arasında telefon danışığı olub
Putin Rusiyada işsizliyin tarixən aşağı olduğunu açıqlayıb
Qarabağdakı sülhməramlıların komandanı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi