Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52378
az

Rusiya sülhməramlılarının komandiri: "Ermənistan hakimiyyəti təxribat törədir"

18:0709 Aprel, 2021
1417
DÜNYA
  • A

"Hərbi əsirlərin qaytarılacağı ilə bağlı xəbər təxribat idi”.

Oxu24.com "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov "Hraparak”a müsahibəsində bildirib.

Jurnalist ondan Ermənistan rəsmilərinin məhbus mübadiləsinin həyata keçiriləcəyini elan etməsinin səbəbini soruşub. O da "Yalan və təxribatdır. Onlardan soruşun. Əhalini çaşdırırlar”.

R.Muradov deyib ki, əsirlərin qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Yerevandan Bakıya əsirləri gətirmək üçün təyyarə yollandığı və geri boş qayıtdığı barədə məlumat yaymışdı. Aprelin 8-dən Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda döyüş zamanı əsir və girov düşdüyü iddia olunan hərbçilərin qohumlarının aksiyası keçirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi