Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52136
az

Putindən sərt qərarlar: Yeni müharibə qaçılmazdır... - NƏ BAŞ VERİR?

15:2805 Aprel, 2021
1249
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi, Rusiya ilə Ukrayna arasında gərginlik artmaqda davam edir.

Rusiya Ukrayna sərhədinə yüzlərlə tank və S-400 zenit-raket kompleksi göndərdikdən sonra Rusiyaya NATO həmləsi ilə cavab gəlib. Belə ki, Ukrayna hökuməti NATO qırıcı təyyarələrinin Ukrayna hava məkanında fasiləsiz uçuşlar həyata keçirməsinə icazə verib. 

Siyasi analitik Asif Nərimanlı baş verənlərdə üç tərəfin - Rusiya, Ukrayna və ABŞ-ın maraqlarının olduğunu bildirib.

“Dağlıq Qarabaq münaqişəsindən sonra Ukraynada belə bir fikir yarandı ki, Rusiya ilə Donbass məsələsini həll edə bilər. Türkiyədən "Bayraqdar"lar aldılar, Dağlıq Qarabaqdakı taktikanı Donbassda istifadə etmək haqqında planlar var. 

Ukrayna prezidenti Vladimir Zelenski düşünür ki, ABŞ-da Cozef Bayden hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı mənfi münasibət var və bundan istifadə edə bilər.

Ukraynanın burada zəif tərəfləri də var, daxildə cəmiyyət müharibəyə müsbət yanaşmır. Bu mövzuda Azərbaycan ilə Ukrayna arasında böyük fərq budur. Onlar üçün Donbass məsələsi bizdə Dağlıq Qarabaq məsələsi qədər aktual deyil. İkinci məqam isə budur ki, Vladimir Zelenski Dağlıq Qarabağ taktikasını yeritmək istəyir, bəs ona kim açıq dəstək verəcək?!"

Asif Nərimanlı bildirib ki, Rusiya hər hansı bir toqquşmanın baş verməsində maraqlıdır. Belə ki, 9 ay öncə əldə olunan atəşkəs Rusiya tərəfindən uzadılmayıb.

"Burada Rusiyanın maraqları var, C.Bayden hakimiyyətə gəldikdən sonra Rusiya-ABŞ qarşıdurması daha kəskin formada davam edir. Vladimir Putin daha sərt addımlar atmaq istəyir. Əsas məsələ isə ABŞ-ın hansı addımları atacağıdır.

Baş verə biləcək mümkün müharibə Avropa və Rusiyanın üz-üzə gəlməsidir ki,  bu da C.Baydenin siyasi strategiyasıdır. Ukrayna isə proseslərin gedişindən yararlanaraq torpaqlarını azad etmək istəyir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb
Zelenski təcili olaraq baş qərargah toplayıb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...