Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50511
az

Məşhur alimdən koronavirusla bağlı QORXUNC PROQNOZ: Payızda yenidən...

11:3914 Mart, 2021
1768
DÜNYA
  • A

Avropada koronavirusun üçüncü dalğası tezliklə başlaya bilər. Əgər kifayət qədər insan vaksinasiya olmazsa, məhdudiyyətlər payızda geri dönə bilər.

Oxu24.com  xəbər verir ki, bu sözləri Robert Kox İnstitutunun rəhbəri, professor Lotar Viler BMT-nin Cenevrə ofisində keçirilən Xarici Müxbirlər Birliyinin mətbuat konfransında söyləyib.

“Başqa ölkələrə münasibət bildirmək istəmirəm, rəqəmləri hamımız görə bilərik. Almaniyaya gəlincə, bizdə artıq üçüncü dalğa başlamaq üzrədir. Açıq siqnallarımız var. Təması azaltmaq və maska daxil olmaqla sağlamlıq tədbirləri qüvvədə qalır”, - ekspert bildirib.

Vilerin sözlərinə görə, ölkələr bu qaydalara maksimum əməl etməlidir ki, minlərlə insanın həyatını xilas edə bilsinlər. Əsas məsuliyyət əhalinin üzərinə düşür. Alim qeyd edib ki, bütün əhalini qısa müddətdə peyvəndləmək lazımdır.

Robert Kox İnstitutunun rəhbəri peyvəndin xüsusən Almaniyada xəstəliyin ağır hallarını azaltdığını, yaşlı insanlara təsir göstərdiyini əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda əsgər GÜLLƏLƏNDİ
İtaliya silahlarından Rusiyaya atəş açmağa icazə vermədi
Berlin polisi Rusiya bayraqları və Müqəddəs Georgi lentlərindən istifadəni qadağan edib

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ