Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49532
az

İrəvanda “ölüm-qalım” məsələsi: Paşinyan və Qasparyanın son döyüşü...

11:1527 Fevral, 2021
5457
DÜNYA
  • A

İrəvan kulislərində müharibə davam edir: son məlumata görə, baş qərargah rəisi Onik Qasparyan prezident Armen Sarkisyana Paşinyanın müharibədə məntiqsiz və xain göstərişləri ilə bağlı yüzlərlə fakt təqdim edib.

Bundan “şoka düşən” Armen qərargahın binasını tərk edib.

Hazırda Nikol Paşinyanın Armen Sarkisyanla gizli görüş keçirdiyi, onu Qasparyanın vəzifədən azad edilməsi əmrini imzalamağa inandırmağa çalışdığı deyilir.

Paşinyan və Qasparyan üçün bu, “ölüm-qalım” məsələsidir:

- Nikolu devirsələr, yolu həbsxanadır;
- Qasparyan məğlub olarsa, o da eyni ünvana gedəcək və istefa tələbinə qoşulan generalların da boynu “qılıncdan keçiriləcək”: bu, Rusiyanın Ermənistan ordusu içindəki təsir gücünə də risklər yaradır;

Hər iki tərəf sona qədər dirənəcək, çünki bütün kartlar açılıb və geriyə yol görünmür.

Paşinyan hələki güclü tərəf kimi görünür: Qərb baş verənləri hərbi çevriliş hesab edir və bu, çevrilişi alqışlayan müxalifətə də dəstək vermədiyi deməkdir; Hakimiyyət müxalifətin aksiyasını güc və repressiya yolu ilə yatırsa, Qərb səssiz qalacaq; müxalifət parçalanmış vəziyyətdədir; son aksiyalar Nikolun elektoratının daha çox olduğunu göstərdi;

1. Paşinyan ən çətin vaxtda yenidən “xalq yürüşü”nə başlayacaq;
2. Armen Sarkisyana Qasparyanın qələmini qırmaq üçün təzyiq edəcək;
2. Ən çətin məqamda B planını işə sala bilər: hakimiyyəti öz komandasından birinə ötürmək;

Qasparyan – generallar dirənsə də, çevrilişin ilk cəhdinin baş tutmaması onları çətin vəziyyətə saldı: Rusiya Paşinyana yetərincə təzyiq etmir, yaxud edə bilmir; xalqın dəstəyini görmədilər, yaxud yetərincə olmadı;

Və onlar anlayır ki, indi “ortaq nöqtə” tapılsa belə, Nikol bağışlamayacaq və tezliklə “təmizlənmə” prosesi başlanacaq. Bu baxımdan, Qasparyan “ya indi, ya heç vaxt” prinsipi üzrə hərəkət edir və məğlub olduğunu anlasa, İrəvan küçələrində silahlıları görəcəyimiz istisna deyil.

Asif Nərimanlı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan etiraf: Ermənistan vətəndaşları buna görə ölkəni tərk edirlər
Ərdoğandan İrana başsağlığı verib
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO