Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49225
az

Putinin görüşdüyü erməni polkovnik Şuşada MƏHV EDİLDİ

11:2624 Fevral, 2021
5614
DÜNYA
  • A

Ermənistan ordusunun sonuncu Qarabağ müharibəsində verdiyi itkilər arasında yüksək rütbəli zabitlər də az deyil.

Oxu24.com  xəbər verir ki, məhv edilən zabitlər arasında xüsusən, polkovnik Ovannes Avaqyan diqqət çəkir.

Vazgen Sarkisyan adına Universiteti bitirikdən sonra Avaqyan Qarabağın o zamanlar işğal altında olan Suqovuşan (Madagis) qəsəbəsində  xidmət edir və 5 il ərzində təmas xəttində Ordumuza qarşı təxribatların təşkilində fəallıq göstərir.

Rəsmi Yerevanın general rütbəsinə hazırladığı Avaqyan Moskvada Frunze adına Hərbi Akademiyada oxuyur.

2019-c ildə Akademiyadan məzun olan zaman erməni zabiti Putin şəxsən təbrik edir.

Bundan sonra, Avaqyan Vazgen Sarkisyan adına Hərbi Universitetin rəis müavini, 2020-ci ilin yayında isə qondarma Qarabağ respublikasının müdafiə nazirinin müavini postuna təyinat alır.

 

Sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra Ovannes Avaqyan Suqovuşanın uğursuz müdafiəsini təşkil edir. Burada məğlub olduqdan sonra isə Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində döyüşlərə qatılır. Erməni polkovniki bütün istiqamətlərdə məğlubiyyət gözləyirdi.

 

Noybarın 7-də Şuşa istiqamətinə göndərilən Ovannes Avaqyan öz dəstəsi ilə birlikdə məhv edilir.

Ermənistan rəhbərliyi ən təcrübəli zabitlərindən birinin ölümünü uzun müddət gizlətsə də, yerli jurnalistlər bu faktı ictimailəşdirib. (modern.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aktrisa ana olduqdan sonra yaşadıqlarını danışdı - FOTO
ABŞ-da yeni
Paşinyan: Mümkün qədər tez...

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ