Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48785
az

Türkiyə 1259 nəfər şəhid verib - Ərdoğan açıqladı

10:1218 Fevral, 2021
3146
DÜNYA
  • A
"Türkiyə 2015-ci ilin iyulundan bu günə qədər 17 750 terrorçunu zərərsizləşdirib". APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti üzvləri ilə keçirdiyi toplantıdan sonrakı açıqlamasında bildirib. R.T.Ərdoğan deyib ki, bu mübarizədə 12 900 terrorçu məhv edilib, 1300-ü yaralanıb, 1300-ü sağ olaraq ələ keçirilib, 243-2 isə təslim olub. Türkiyə prezidenti deyib ki, indiyədək ölkəsinin daxilində və xaricində terrorçulara qarşı aparılan mübarizə əməliyyatlarında ümumilikdə 1259 nəfər şəhid olub: “Onlardan 401-i hərbici, 403-ü jandarma, 116-sı təhlükəsizlik mütəxəssisidir. Bu mərhələdə 770 vətəndaşımız həyatını itirib, 5 mindən çox insanımız yaralanıb. Buradan rəqəm olaraq səsləndirdiyimiz hər bir şəhidimizin, qazimizin, hətta terrorçuların belə canlı insan olduğunu, onların həyatından söhbət getdiyini əsla unutmuruq. Bizim əlimiz heç bir günahsızın qanına batmayıb. Mədəniyyətimizin təməlində insanı yaşat ki, dövlət yaşasın anlayışı var. Terrorla mübarizə məsələsi gündəlik polemikalardan yüksəkdə durması lazım və vacib olan milli məsələdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranda bələdiyyə sədri evində öldürüldü
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 106 nəfər saxlanıldı