Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48567
az

Əsgərlərimizdən qorxan ermənilər buna məcbur oldu - Öz xoşları ilə...

10:4312 Fevral, 2021
2569
DÜNYA
  • A

Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası çərçivəsində qədim Zəngəzurun Şurnuxu kəndində qanunsuz məskunlaşaraq həddindən artıq torpaqları zəbt edən ermənilər köçürüləcək.

Publika.az xəbər verir ki, kənd sakinləri Gorus əyalətinin yaşayış olmayan Vanand, Axbulax, Dzorak (Şurnuxudan 9-13 km məsafədə - red.) kəndlərinə yerləşdiriləcək.

Burada həm də maldarlıqla məşğul olanlar üçün otlaq əraziləri mövcuddur.

Kənd rəhbəri Akop Arşakyan bildirib ki, Ermənistan və Azərbaycan hissələrinə bölünmüş kənddə azərbaycanlılarla bağlı heç bir hadisə baş verməyib. Sabitlik hökm sürür. Hətta Azərbaycan tərəfinə keçən mal-qaranı geri qaytarmaq mümkün olan hallar var. Lakin pəncərədən yaxınlıqda dayanan Azərbaycan əsgərlərini görən uşaqlar narahat olmaya bilməzlər.

Sünik bölgəsi məsələləri üzrə idarələrarası komissiyanın rəhbəri, baş nazirin müşaviri Robert Qukasyan layihənin real olduğunu, amma hələ müzakirəyə çıxarılmadığıını deyib.

Qeyd edək ki, Azərbaycanın sərhədlərini pozan 12 ailə Şurnuxuya köçürülmüş və Azərbaycan hərbçiləri bölgəyə yerləşdirilmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Braziliyada təbii fəlakət 107 nəfərin həyatına son qoydu
Tramp Baydeni DEBATA ÇAĞIRDI:

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı