Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48063
az

İstanbulda Azərbaycan küçəsinin açılışı olub

13:2003 Fevral, 2021
4018
  • A

 İstanbulda Azərbaycan küçəsinin açılışı olub İstanbulda Azərbaycan küçəsinin açılışı olub Türkiyənin İstanbul şəhərininin tarixi və mərkəzi səmtlərindən biri olan Sarıyer rayonununda Azərbaycan küçəsinin açılış mərasimi keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva, Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc, İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi, ziyalılar və ictimayyət nümayəndələri iştirak ediblər. Qonaqlar Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş küçənin girişində qoyulan “Azərbaycan küçəsinə xoş gəldiniz!” lövhəsinin qarşısında xatirə şəkli çəkdiriblər. N.Mustafayeva bildirib ki, Sarıyer rayonundakı Cendere küçəsinin adı ötən il iyunun 13-də Baş Konsulluğun təşəbbüsü və Sarıyer rayon Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə dəyişdirilərək Azərbaycan olub: "Bu qərar tarixin bütün dövrlərində bir-birinə arxa, dayaq olan iki ölkə arasında qardaşlıq bağlarının güclənməsinin daha bir bariz nümunəsidir". Ş.Gənc isə hər il minlərlə turistin ziyarət etdiyi İstanbulun ən uzun, geniş və tarixi küçəsində Azərbaycan sözünü ölümsüzləşdirən qərara imza atdığına görə qürur duyduğunu vurğulayıb: "Artıq Azərbaycanın ürəyi Sarıyerdə döyünür. Azərbaycan küçəsi bundan sonra da dostluğumuzun, qardaşlığımızın sarsılmazlığını dünyaya nümayiş etdirəcək". Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və abidəsinin ucaldıldığı park da məhz Sarıyer rayon bələdiyyəsinin ərazisində yerləşir. Ulu öndərin doğum və vəfat tarixləri Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü əsasında Sarıyer rayon bələdiyyəsinin protokol tədbirlərinin təqviminə daxil edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb