Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47775
az

Məşhur biznesmen özünü “Putinin sarayı”nın sahibi olduğunu bəyan edib

18:2730 Yanvar, 2021
2274
DÜNYA
  • A

“Artıq sirr olmayacaq ki, mən benefisiaram. Orada yetərincə mürəkkəb obyekt olub, xeyli kreditorlar var idi. Mən benefisiar ola bildim. Bu, tapıntıdır. Yeri əladır”.

“Oxu24.com” xəbər verir ki, bunu rusiyalı biznesmen Arkadi Rotenberq Mash” teleqram kanalına müsahibəsində Rusiyanın Gelencik şəhəri yaxınlığındakı “Putinin sarayı”ndan bəhs edərkən söyləyib.

Onun sözlərinə görə, sarayın yerləşdiyi İdokopas burnunda hotel tikilir. O, mehmanxananın 2-3 ilə hazır olacağını bildirib.

Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir. A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və çirkli pullarla əldə etdiyi sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 100 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb.

Yanvarın 29-da Gelencik yaxınlığında yerləşən, prezident Vladimir Putinə aid olduğu iddia edilən sarayda ilk dəfə çəkiliş aparılmasına icazə verilib. Çəkilişi hakimiyyətə yaxınlığı ilə bilinən “Mash” teleqram kanalı aparıb. Eyni gündə sarayın inşaatçısı mətbuata tikintinin təfərrüatlarını sızdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı